Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-170/2022 14.11.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdim: DəmirBank ASC nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 arasında bağlanmış 02 mart 2015-ci il tarixli ********* nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə cəmi borcu 2845,62 (iki min səkkiz yüz qırx beş dollar, 62 sent) ABŞ dolları-bundan 634,32 (altı yüz otuz dörd dollar, 32 sent) ABŞ dolları əsas, 374,31 (üç yüz yetmiş dörd dollar, 31 sent) ABŞ dolları faiz, 1743,75 (bir min yeddi yüz qırx üç dollar, 75 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 93,24 (doxsan üç dollar, 24 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 68,38 (altmış səkkiz manat, 38 qəpik) AZN dövlət rüsumunun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 02 mart 2015-ci il tarixli Kredit müqaviləsi üzrə bank tərəfindən cavabdehə 12 (on iki) ay müddətinə, illik 23% dərəcəsi ilə 14 200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında ZM-430007296 nömrəli 02 mart 2015-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqaviləsi üzrə bağlanmış 22 avqust 2017-ci il tarixli 1 saylı X6 Kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4178,23 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2015-ci il tarixli ********* nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2845,62 (iki min səkkiz yüz qırx beş dollar, 62 sent) ABŞ dolları təşkil edir. Bundan 634,32 (altı yüz otuz dörd dollar, 32 sent) ABŞ dolları əsas, 374,31 (üç yüz yetmiş dörd dollar, 31 sent) ABŞ dolları faiz, 1743,75 (bir min yeddi yüz qırx üç dollar, 75 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 93,24 (doxsan üç dollar, 24 sent) ABŞ dolları faiz borcu təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********390 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. DəmirBank ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət etmiş iddianı müdafıə etdiklərini, iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin iştirakları olmadan məhkəmənin keçirilməsini mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtdı barədə məhkəmə bildirişləri göndərilərək xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, və gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3ov oğlu və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini, və işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin olunmalıdır. Məhkəmə iddiaçı DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini, və işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir.Belə ki iddia tələbində göstərilmiş, 1743,75 manat cərimə əsas borca münasibətdə mütənasib və ədalətli deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydad mütənəsib və ədalətli olmalıdır.Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadı vəziyyətinin nəzərə alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Bu səbəbdən də məhkəmə belə qənatə gəlir ki bu iş üzrə cərimə məbləgi 900 manat məbləğində müəyyən olunmalıdır. Mülki işə əlavə edilmiş xx.xx.2018-cı il tarixli, ********** saylı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrinin çıxarışına əsasən DəmirBank Açıq Səhimdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə DİN-in BPQNİ-nin MAPS tərəfindən verilmiş arayışa əsasən Rəcəbov X2 MR Ordubad rayonu Yuxarı Əylis kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə DİN-in BPQNİ-nin MAPS tərəfindən verilmiş arayışa əsasən Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə DİN-in BPQNİ-nin MAPS tərəfindən verilmiş arayışa əsasən Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır Mülki işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 02 mart 2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 12 (on iki) ay müddətinə, illik 23% dərəcəsi ilə 14 200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş nömrəli 02 mart 2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 tərəfindən nömrəli 02 mart 2015-ci il tarixli Kredit müqaviləsi öhdəlik icra edilmədikdə borcalan ilə birlikdə zamin kimi məsiliyyət daşıdıqları barədə barədə zaminlik müqaviləsi bağlamışlar. Mülki işə əlavə edilmiş ********* nömrəli 02 mart 2015-ci il tarixli Zaminlik müqaviləsinin tərkib hissəsi olan 01 nömrəli xx.xx.2022-ci il tarixli X6 görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 tərəfindən nömrəli 02 mart 2015-ci il tarixli Kredit müqaviləsi üzrə restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və öhdəlik icra edilmədikdə borcalan ilə birlikdə zamin kimi məsiliyyət daşıdıqları barədə Əlavə Saziş bağlamışlar. Mülki işə əlavə edilmiş 22 Avqust 2017-ci il tarixli X6 Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 4178,23 ABŞ dolları olan Kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Mülki işə əlavə edilmiş Əlavə Sazişdən görünür ki, 22 avqust 2017-ci il tarixində Əlavə Saziş imzalanmışdır. Həmin X6 kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4178,23 ABŞ dolları hesablanmışdır. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 634,32 (altı yüz otuz dörd dollar, otuz iki sent) ABŞ dolları əsas, 374,31 (üç yüz yetmiş dörd dollar, 31 sent) ABŞ dolları faiz, 1743,75 (bir min yeddi yüz qırx üç dollar, 75 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 93,24 (doxsan üç dollar, 24 sent) ABŞ dollar faiz borcu təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli cavabdehlərə göndərilmiş məhkəmədən kənar pretenziya qaydasında bildirişlərdən görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki Nümayəndə DəmirBank ASC-nin nümayəndəsidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə Rəcəbov X1 Namik Məmməd oğlu və Cavabdeh2 iddiaçı DəmirBank ASC-nin xeyrinə 634,32 ABŞ dolları əsas, 374,31 ABŞ dolları faiz, 900 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 93,24 ABŞ dolları faiz borcu, məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 68,38 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən , məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 634,32 ABŞ dolları əsas borc, 900 ABŞ dolları cərimə, 374,31 ABŞ dolları faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 93,24 ABŞ dolları faiz borcu cəmi 2001.87 ABŞ dolları və 68.38 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-170/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-170/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver