Məhkəmə qərarları › İş №e-2(080)-177/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-177/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-177/2023 28.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Bakı şəhər İşığı X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Khazar LX -minik” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakışəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “sink örtüklü” işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 1202 (bir min iki yüz iki) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər, Suraxanı rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Qeyd edirik ki, yol nəqliyyat hadisəsi baş verən zaman cavabdeh tərəfindən idarə edilən “Khazar LX -minik” markalı, **-PT-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiməsuliyyətinin icbarisığortası olmamışdır. Aşağıda göstərilənlərə əsasən, iddiamızı qanuni və əsaslı sayaraq hesab edirik ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəmizə dəymiş 1202 (bir min iki yüz iki) manat məbləğində maddi ziyan Cavabdeh tutularaq "xxxx" X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 21.3 və 1115-ci maddələri ilə əsaslandıraraq, "xxxx" X3 vurulmuş 1202 (bir min iki yüz iki) manat məbləğində maddi ziyanın Cavabdeh tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçı "xxxx" X3 və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı "xxxx" X1 nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianın təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:00-da keçirilən məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, idarə etdiyi “Khazar LX -minik” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakışəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “sink örtüklü” işıq dirəyini və onun özül hissəsini sıradan çıxarmışdır.Ziyanla bağlı hadisə yerində ondan 500 manat ziyan dəyildiyini bildirmişlər və ona 500 manat pul verməsini bildirmişlər.O heç bir ziyan ödəməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialında olan "xxxx" X4 tərəfindən verilmiş Smetanın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi mərkəzi yolunda Khazar LX minik” markalı, **-PT-*** dövlətqeydiyyat nişanlı avtomobillə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetası ümumilikdə 1202 (bir min iki yüz iki) manat təşkil etmişdir. İş materiallarında olan Suraxanı Rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olur ki, Cavabdeh 12.02. 2022-ci il tarixdə, saat 00:30-da **-PT-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX” minik markalı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətmiş və 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-nin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi mərkəzi yolunda idarə etdiyi **-PT-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX” dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" X1 balansında olan 1 ədəd işıq dirəyini vurub sıradan çıxarmış və onun Azərbaycan Respublikası İXM–də nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qərar qəbul edilmiş və protokol tərtib edilmişdir. Bundan başqa mülki işdə olan sübutlarla, yəni "xxxx" X4 tərəfindən verilmiş Smeta ilə təsdiq edilir ki, "xxxx" X3 məxsus işıq dirəyinin bərpa edilməsi məqsədilə 1202 (bir min iki yüz iki) manat məbləğində iddiaçıya ziyan dəymişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1202 (bir min iki yüz iki) manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi İddia təmin edilsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 vurulmuş 1202 (bir min iki yüz iki) manat məbləğində maddi ziyanın əvəzi tutularaq iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar