Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-180/2025 14.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Məmmədəliyev Oruc Əli oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları: İddiaçı ASC (Bundan sonra Bank) ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə 80004999 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 27% olmaq şərtilə, 12000 ABŞ dolları məbləğində kredit verilmişdir və xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Daha sonra həmin Kredit müqaviləsinə 12 mart 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmış,kreditin qalıq məbləği 11.205,44 (on bir min iki yüz beş ABŞ dolları 44 sent) ABŞ dolları təyin olunaraq xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Daha sonra həmin Kredit müqaviləsinə 07 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmış, əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 13.877,42 (on üç min səkkiz yüz yetmiş yeddi ABŞ dolları 42 sent) və Restrukturizasiya edilməklə kreditin müddəti xx.xx.2022-ci il tarixədək tarixədək müəyyən edilmişdir. Eləcə də, Bank ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə 80004999/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh2) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. Daha sonra həmin Kredit müqaviləsinə 12 mart 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmış, kreditin qalıq məbləği 11.205,44 (on bir min iki yüz beş ABŞ dolları 44 sent) ABŞ dolları təyin olunmaqla müddət xx.xx.2017-ci il tarixədək, Daha sonra həmin Kredit müqaviləsinə 07 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmış, əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 13.877,42 (on üç min səkkiz yüz yetmiş yeddi ABŞ dolları 42 sent) ABŞ dolları təşkil etmi, Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: İddiaçı 12.203,23 (on iki min iki yüz üç ABŞ dolları 23 sent) ABŞ dolları- bundan 4.266 (dörd min iki yüz altmış altı ABŞ dolları 09 sent) ABŞ dolları əsas, 1.711,95 (bir min yeddi yüz on bir ABŞ dolları 95 sent) ABŞ dollarıfaiz, 5.615,13 (beş min altı yüz on beş ABŞ dolları 13 sent) ABŞ dollarıcərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 610,06 (altı yüz on ABŞ dolları 06 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 152,24 (bir yüz əlli iki manat 24 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 80004999 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “dövriyyə vəsaiti” məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 12.000 (on iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “dövriyyə vəsaiti” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2kredit verilərkən Cavabdeh1 və Cavabdeh3ilə Bank arasında 80004999/ZM nömrəli xx.xx.2014-cü il tarixliZaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra həmin Kredit müqaviləsinə 12 mart 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Kreditin qalıq məbləği 11.205,44 (on bir min iki yüz beş ABŞ dolları 44 sent) ABŞ dolları təyin olunur və müddət xx.xx.2017-ci il tarixədək uzadılır. Daha sonra həmin Kredit müqaviləsinə 07 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 13.877,42 (on üç min səkkiz yüz yetmiş yeddi ABŞ dolları 42 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 12.203,23 (on iki min iki yüz üç ABŞ dolları 23 sent) ABŞ dolları təşkil edir. Bundan 4.266,09 (dörd min iki yüz altmış altı ABŞ dolları 09 sent) ABŞ dolları əsas, 1.711,95 (bir min yeddi yüz on bir ABŞ dolları 95 sent) ABŞ dolları faiz, 5.615,13 (beş min altı yüz on beşABŞ dolları 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 610,06 (altı yüz on ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında verilən izahatlar: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 739.1 Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Zaminlik müqavilələri üzrə zaminlərdən tutulmanın aparılması ilə bağlı : Məhkəmə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC-nin iddia tələbi zaminlər Cavabdeh1 və Cavabdeh3 aid hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472). Məhkəmə xərcləri : İddiaçı LPO İddiaçı ASC məhkəməyə müraciət etmək üçün ödənilmiş ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152.24 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125.13 manat müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Bankla Cavabdeh2 oğlu arasında xx.xx.2014-cü il tarixdə 80004999 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə 24 ay müddətinə illik 27% dərəcəsi ilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin Kredit müqaviləsinə 12 mart 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmış,kreditin qalıq məbləği 11.205,44 (on bir min iki yüz beş ABŞ dolları 44 sent) ABŞ dolları təyin olunaraq xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Daha sonra həmin Kredit müqaviləsinə 07 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmış, əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 13.877,42 (on üç min səkkiz yüz yetmiş yeddi ABŞ dolları 42 sent) və Restrukturizasiya edilməklə kreditin müddəti xx.xx.2022-ci il tarixədək tarixədək müəyyən edilmişdir. Lakin Cavabdeh2 müqavilə şərlərini pozmaqla, öhdəlyini tam icra etməmişdir. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə, iddia tələbi 5615.13 ABŞ dollar məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 5615.13 ABŞ dollar həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 300 ABŞ dollar məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, 152.34 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində cavabdehlərə 125.13 manat, iddiaçıya isə iddianın qismən təmin oluması nisbətində 27.11 manat aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4266.09 ABŞ dolları əsas borc, 1711.95 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 610.10 ABŞ dolları faiz borcu, ümumilikdə 6888.10 ABŞ dolları borcun və 125.13 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. İddia digər hissədə rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 27.11 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-180/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-180/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver