Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-187/2022 05.11.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyev, iddiaçı "FİNCA AZƏRBAYCAN” Qeyri-Bank Kredit Təşkilatı X3 (MMM) cavabdehlər Cavabdeh3 , Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "FİNCA AZƏRBAYCAN” X2 Müəssisəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3427.96 AZN, faiz borcuna görə 17.00 AZN, cərimə borcuna görə 0.00 AZN,cəmi 3444.96 (üç min dörd yüz qırx dörd manat,doxsan altı qəpik) AZN məbləğində borcun və 54.45 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMM QBKT-nın məhkəmə işləri üzrə hüquqşünası Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaci "xxxx" MMM QBKT ilə cavabdeh X7 arasinda bağlanmış xx.xx.2020-ci il tarixli **********7541 sayli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 26.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 6000 (altı min manat) AZN məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasina təminat olaraq eyni tarixli, **********7541 -1228322 sayli Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********7541 -1228323 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqavilənin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansi səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, hamin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və ya dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli **********7541 sayli kredit müqaviləsindən görünür ki, iddiaçı "FİNCA AZƏRBAYCAN” X2 Müəssisəsi tərəfindən cavabdeh X5 istehlak məqsədləri üçün illik 26.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 6000 (altı min manat) AZN məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasina təminat olaraq eyni tarixli, **********7541 -1228322 sayli Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********7541 -1228323 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqavilənin tərəfi olmuşdur. Həmçinin xx.xx.2020-cu il tarixli **********7541 saylı kredit müqaviləsi, xx.xx.2021-ci il tarixli **********0842 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4408.00 AZN ,faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. 12 sentyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli **********0842 saylı müqavilə üzrə cavabdeh X4 "FİNCA AZƏRBAYCAN” X2 Müəssisəsindən götürdüyü 14 aylıq, illik faiz dərəcəsi 1.85 %, faiz məbləği 52 manat olan, 4460 manat puldan cəmi əsas borc 980.04, faiz borc 35, cərimə 247.34 manat olmaqla cəmi 1262.38 manat ödəmişdir, qalıq borcu isə əsas borc 3427.96 manat, faiz borcu 17 manat olmaqla ümumilikdə 3444.96 manat təşkil edir. İş materiallarına əlavə olunmuş zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsin üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni xx.xx.2020-ci il tarixli, **********7541 -1228322 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********7541 - 1228323 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. İş materiallarına əlavə olunmuş 16 sentyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 54.45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "FİNCA AZƏRBAYCAN” X2 Müəssisəsi və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-cu il tarixli **********7541 saylı kredit müqaviləsi, daha sonra xx.xx.2021-ci il tarixli **********0842 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunaraq bağlanmış müqavilə üzrə Cavabdeh3 "FİNCA AZƏRBAYCAN” Qeyri-Bank X1 ümumilikdə 3444.96 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1- ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1- ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-cu il tarixli **********7541 saylı kredit müqaviləsi üzrə, xx.xx.2021-ci il tarixli **********0842 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş kredit müqavilsinə əsasən, əsas borc 3427.96 manat, faiz borcu 17 manat olmaqla ümumilikdə 3444.96 manat və 54.45 manat ödənilmiş dövlət rüsumu tutularaq "FİNCA AZƏRBAYCAN” Qeyri-Bank Kredit Təşkilatı X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-187/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-187/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver