Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-216/2025 12.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçı Alış Veriş X3 Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçı Alış Veriş X3 Cəmiyyətinin Cavabdeh qarşı Alqı-Satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Alış Veriş X3 Cəmiyyətinin Cavabdeh qarşı Alqı-Satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12732.88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) manat pulun, vəkil qonararı üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 13161.88 (on üç min yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat pulun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Alış Veriş X3 Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tələbi onunla əsaslandırılmışdır ki, əkili və nümayəndəsi olduğum İddiaçı topdan və pərakəndə tikinti materillarının alğı-satqısı ilə məşğul olur. Uzun müddətdir ki, Muxtar Respublikada həm vətəndaşlarla, həm də sahibkarlarla qarşılıqlı olaraq fəaliyyət göstərir. Hazırki iş üzrə cavabdeh də nümayəndəsi olduğum təşkilatdan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almışdır. Nümayəndəsi olduğum şirkət həmçinin müxtəlif tikinti mallarının pərkanədə alğı-satqısı ilə məşğul olur. Hazırki iş üzrə cavabdeh də MMCdən xx.xx.2023cü il tarixdə dəyəri 17013.29 (on yeddi min on üç manat iyirmi doqquz qəpik) manat dəyərində istehlak məqsədilə tikinti materilları almış, 4280.41 (dörd min iki yüz səksən manat qırx bir qəpik) həmin borcdan pul ödəmişdir. Bununla bağlı tərəflərin arasında borcu təsdiqləyəcək müqavilə də imzalanmışdır. Bununla bağlı cavabdehə şifahi və sonuncu dəfə pretenziya qaydasında (xəbərnamə əlavə olunur) yazılı müraciət edilsə də, bunun bir nəticəsi olmamışdır. Hal-hazırda cavabdehin 12732.88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat borcu qalmaqdadır. Cavabdeh borcu ödəmədiyindən məcbur qalaraq məhkəməyə müraciət olunur. Həmçinin iddiaçı dövlət rüsumu üçün ödənilmiş olan 129 (yüz iyirmi doqquz) manat pulun və vəkil xərci (vəkil qonorarı) üçün ödənilmiş 300 (üç yüz) manat pulun da məhkəmə qaydasında iddia təmin olunduğu təqdirdə ona qaytarılmasını istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh etirazınıda müqavilədə imzanın ona məxsus olduğunu və müqaviləni oxumdan imzaladığını bildirmiş və iddianı qəbul etməmişdir ondan ötəri ki, o borc müqaviləsi imzalamamışdır və o müqavilənin nədən ibarət olduğunu müqaviləni oxumadığı üçün bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkili və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Alqı-satqı haqqında 60 saylı müqavilədən görünür ki, müqavilənin predmeti İddiaçı tərəfindən Cavabdeh (alıcı) müqavilə əsasında aldığı malın ödənişini, Müqavilənin 9-cu maddəsini ilə müəyyən edilən "Ödəniş Cədvəlinə" müvafiq olaraq ödəməyi,cədvələ əsasən ilkin ödəniş çıxıldıqdan sonra qalan məbləğ hər ay bərabər hissələr olmaqa ödənilməsini, alıcı aylıq ödəniş məbləğini ödəniş tarixindən gec olmayaraq təyin olunmuş vaxtda (alıcı tərəfindən 2500 manat ilkin ödəniş edilməklə) xx.xx.2023-cü il tarixdə 4837.76 manat, xx.xx.2023-cü il tarixdə 4837.76 manat və xx.xx.2023-cü il tarixdə 4837.76 manat ödəniş etməyi öhdəsinə götürür. İş materillaraında olan, DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X1 Muxtar Respublikası, Ordubad Rayonu Nürgüt kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixlı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən “Mikro İnformasiya”-da mühasibat vəzifəsində işləyir və əmək haqqısı 800 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 10 gün vaxt verilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan məktubun çatdıtılması ilə bağlı məlumat vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixli pretenziya məktubunu Cavabdeh imzalayaraq qəbul etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh, ALİŞ VERİŞ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2025-ci il tarixə 12732.88 (on iki min yeddi yüz otuz iki manat səsən səkkiz qəpik) manat borcu mövcuddur. Göründüyü kimi, öhdəliklərin cavabdeh tərəfindən lazmınca icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərin icra edilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında razılaşdırılmış şərtlərlə müqavilə üzrə əldə etdiyi malmaterialların pulunu iddiaçıya ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh aldığı mal-materialların pulunu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh özü də məhkəmə iclasında müqavilədki imzanın ona məxsus olduğunu və müqaviləni oxumadan imzaladığını bildirmiş və iddianı qəbul etməmişdir ondan ötəri ki, o müqavilənin nədən ibarət olduğunu müqaviləni oxumadığı üçün bilmədiyini qeyd etmişdir. Müqavilə imzalandıqdan sonra tərəflər onun şərtlərinə riayət etməyə məcburdur, müqaviləni imzalayan şəxs onun məzmununu bildiyini etiraf etmiş sayılır. Qeyd etmək lazımdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, bağlanan müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə göstərilən heç bir hal mövcud olmamışdır. Tərəflər öz iradəsi ilə bu müqaviləni bağlamışıdır. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi cəmi 12732.88 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması təmin edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilən vəsaitin və iddia qaldırılması üçün ödənilmiş 129 manat dövlət rüsumunun tutulmasını hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində olmaqla dövlət rüsumu ödəməklə hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə müraciət etməli olduğundan, bu hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh 12732.88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) manat pulun, vəkil xərci üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 13161.88 (on üç min yüz altmış bir manat səksən səkkiz qəpik) manat pulun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12732.88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) manat pulun, vəkil xərci üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 13161.88 (on üç min yüz altmış bir manat səksən səkkiz qəpik) manat pulun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-216/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-216/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver