Məhkəmə qərarları › İş №e-2(080)-223/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-223/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-223/2025 27.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Məmmədəliyev Oruc Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc öhdəliyinin onun tərəfindən faktiki olaraq tam icra edilməsi və borcun tamamı ilə ödənilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Dünyamalı oğlu arasında 29 dekabr 2012-ci il tarixdə bağlanılmış borc müqaviləsi üzrə 14.700 (on dörd min yeddi yüz) manat məbləğində öhdəliyin tərəfindən faktiki olaraq tam icra edilməsi və borcun tamamilə ödənilmiş hesab edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Dünyamalı oğlu arasında 29 dekabr 2012-ci il tarixdə borc müqaviləsi bağlanılmış və həmin müqavilənin müvafiq bəndlərinə əsasən, guya o, Cavabdeh 30.000 (otuz min) manat məbləğ ində borc pulalmışam və həmin borcu 3 çü) ) ay müddətində qaytarmağı öhdəsinə götürdüyünü, Lakin, o, Cavabdeh ümumiyyətlə hər hansıməbləğdə borc pul almadığını və onu ümumiyyətlə tanımadığını, sözügedən borc müqaviləsini ona görə bağlamış ki,(daha doğrusu müqaviləni ona görə imzalamış ki) həmin dövrdə "xxxx" MMC-yə ekspeditel kimi, müvafiq malların ərazi üzrə mağazalara paylanması üzrə işə qəbul olunmaq üçün müraciətimə əsasən sonuncunun səlahiyyətli nümayəndələri yalnız borc müqaviləsi bağlanacağı təqdirdə işə qəbulediləcəklərini bildirmələri olmuşdur və həmin dövrdə ondan başqa, bir çox şəxslərlə eyni qaydada borc müqavilələri bağlanılmışdır (85 nəfər şəxs eyni notariusda eyni məbləğdə eyni ildə borc müqaviləsi bağlayıb cavabdehlə) Cavabdeh isə,"xxxx" MMC-nin təsisçilərinin yaxın adamı olduğundan məhz onunla bu müqaviləni bağlamış sözügedən borc (14.700 manat) əslində onun həmin şirkətdə çalışdığım dövrə aiddir və malların bölgüsü ilə bağlı vəzifə borcları çərçivəsində yaranmışdır. Lakin, işdən ayrıldığı zaman cavabdehə təqdim etdiyi hesabatda göstərilmişdir ki, ona təhvil verilmiş malların müəyyən hissəsi müvafiq satış nöqtələrinə paylanmış, müvafiq borclar həmin şəxslərə keçmiş və şirkətin özü (digər işçilər) tərəfindən ödənilməsi və ya yığılması üçün qəbul edilmişdir. Faktiki olaraq borcun icrasına dair bu hesabat cavabdeh tərəfindən qəbul edilmişdir. Bu da sübut edir ki, borc üzrə öhdəliyi tərəfindən faktiki olaraq yerinə yetirdiyini, Bütün bunlara baxmayaraq,cavabdeh tərəfindən bu məsələ əsasında alınmış icra vərəqəsi əsasında icra icraatına başlandığını, bunun isə qanunsuz olduğunu, çünki borcun artıq ödənildiyini və öhdəlik icra olunubsa, eyni borc üçün yenidən tələb irəli sürülə bilməyəcyini bildirərək, onunla Cavabdeh Dünyamalı oğlu arasında 29 dekabr 2012-ci il tarixdə bağlanılmış borc mü qaviləsi üzrə 14.700 (on dörd min yeddi yüz) manat məbləğində öhdəliyin tərəfindən faktiki olaraq tam icra edilməsi və borcun tamamilə ödənilmiş hesab edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçının nümayəndəsi vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin olunmuş məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, Odur ki, həmin məhkəmə prosesinə iştirakları olmadan baxılmasını və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 933463 saylı, 7E-725 reyestr qeydiyyat nömrəli etibarnamənin surətindən görünür ki, etibarnamə üzrə Vəkil İddiaçı məhkəmə icraatı ilə bağlı işlər üzrə nümayəndə qismində təmsil etmək hüququna sahibdir. İş materiallarında olan xx.xx.2012- cil tarixli Kredit (Borc) müqaviləsindən görünür ki, 29 dekabr 2012-ci il tarixdə notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən 30.000 manat məbləğində pul vəsaiti qəbul etdiyini təsdiq etmiş və borcu 3 ay müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə iş materiallarında olan sənədlərdən müəyyən etmişdir ki, tərəflər arasında 29 dekabr 2012-ci il tarixdə notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən 30.000 manat məbləğində pul vəsaiti qəbul etdiyini təsdiq etmiş və borcu 3 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı bununla bağlı iddia ərizəsində "xxxx" MMC-dən işdən ayrıldığı zaman cavabdehə təqdim etdiyi hesabatda ona təhvil verilmiş malların müəyyən hissəsini müvafiq satış nöqtələrinə paylandığını, müvafiq borcların həmin şəxslərə keçmiş və şirkətin özü (digər işçilər) tərəfindən ödənilməsi və ya yığılması üçün qəbul edildiyini, Faktiki olaraq borcun icrasına dair bu hesabatın cavabdeh tərəfindən qəbul edildiyini qeyd etmişdir, lakin iddia ərizəsində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində məhkəmə iclasına şahidlərin dəvət olunması ilə bağlı vəsatət təqdim edəcəyini vurğulamış lakin şahidlərin məhkəmə tərəfindən çağırılması ilə bağlı vəsatətin təqdim etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən 14700 manat borcun icra edildiyini təsdiq edən sənəd, bank köçürməsi, pulun qaytarılmasına dair qəbz, yaxud cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən yazılı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, borcun ödənildiyi faktını sübut etmək öhdəliyi həmin iddianı irəli sürən tərəfə aiddir. Təqdim olunmamış sənədlərlə iddianın təsdiq olunması mümkün olmadığından, iddiaçının qeyd edilən məbləğdə borcun ödənilməsi iddiası sübutsuz qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının ödənişin həyata keçirildiyi barədə iddiası sübut edilmədiyindən məhkəmə icraatının nəticəsi olaraq iddiaçının borc öhdəliyinin icra edilməsi və borcun ödənilmiş hesab edilməsi tələbi ilə bağlı iddiasının rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı borc öhdəliyinin İddiaçı tərəfindən faktiki olaraq tam icra edilməsi və borcun tamamı ilə ödənilmiş hesab edilməsi tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar