Məhkəmə qərarları › İş №e-2(080)-228/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-228/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-228/2023 14.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakim Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdim: LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüququ departamentinin direktoru Azər Əmirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 07 sentyabr 2017-ci il tarixli KM021T09170014S01 hesab nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə cəmi borcu 6249.57 (altı min iki yüz qırx doqquz Manat 57 qəpik) manat - bundan 2218.55 (iki min iki yüz on səkkiz Manat 55 qəpik) Manat əsas, 2271.96 (iki min iki yüz yetmiş bir Manat 96 qəpik) Manat faiz, 1427.05 (bir min dörd yüz iyirmi yeddi Manat 05 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 332.01 (üç yüz otuz iki Manat 01 qəpik) Manat faiz borcu və iş üzrə ödənilmiş 82.50 (səksən iki Manat 50 qəpik) Manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüququ departamentinin direktoru Azər Əmirov iddia ərizəsində göstərmişdir ki DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə cavabde hCavabdeh arasında 001276 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. KM021T09170014 nömrəli xx.xx.2017-ci il tarixli 5 saylı Əlavə üzrə cavabdehə 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 3000 (üç min) Manat məbləğində kredit açılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2023cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6249.57 (altı min iki yüz qırx doqquz Manat 57 qəpik) Manat təşkil edir. Bundan 2218.55 (iki min iki yüz on səkkiz Manat 55 qəpik) Manat əsas, 2271.96 (iki min iki yüz yetmiş bir Manat 96 qəpik) Manat faiz, 1427.05 (bir min dörd yüz iyirmi yeddi Manat 05 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 332.01 (üç yüz otuz iki Manat 01 qəpik) manat faiz borcu təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bu səbəbdən də Cavabdeh 07 sentyabr 2017-ci il tarixli KM021T09170014S01 hesab nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixəcəmi borcu 6249.57 (altı min iki yüz qırx doqquz Manat 57 qəpik) Manat - bundan 2218.55 (iki min iki yüz on səkkiz Manat 55 qəpik) Manat əsas, 2271.96 (iki min iki yüz yetmiş bir manat 96 qəpik) manat faiz, 1427.05 (bir min dörd yüz iyirmi yeddi Manat 05 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 332.01 (üç yüz otuz iki Manat 01 qəpik) Manat faiz borcu və iş üzrə ödənilmiş 82.50 (səksən iki manat 50 qəpik) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə ilə məhkəməyə müraciət etmiş iddianı müdafiə etdiklərini, iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin iştirakları olmadan məhkəmənin keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtdı barədə məhkəmə bildirişləri göndərilərək xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, və gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüququ departamentinin direktoru Azər Əmirovun ərizəsini, və işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş xx.xx.2018-cı il tarixli,********** saylı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrinin çıxarışına əsasən DəmirBank Açıq Səhimdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə DİN-in BPQNİ-nin MAPS tərəfindən verilmiş arayışa əsasən X1 MR ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 22 avqust maliyyə arayışından görünür ki, Cavabdeh 2218 manat əsas, 1427 manat cərimə, 2271 manat faiz borcu təşkil edir. Mülki işə əlavə edilmiş 7 sentyabr 2017-cü il tarixli bank Xidmətləri Müqaviləsinin 5 saylı əlavəsindən görünür ki, Cavabdeh 36 ay müddətinə 28 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmiş və şərtlərlə razılaşaraq üzərinə öhdəlik götürərək müqaviləni imzalamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Cavabdeh kredit müqaviləsinə üzrə 332.01 (üç yüz otuz iki Manat 01 qəpik) manat faiz borcu olduğu görünür. Mülki işə əlavə edilmiş 02 avqust 2023-cü il tarixli cavabdehə göndərilmiş məhkəmədən kənar pretenziya qaydasında bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Vəkalətnamədən görünür ki X5 Sığortalanması Fondunun nümayəndəsidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə Cavabdeh iddiaçı DəmirBank ASC-nin xeyrinə xeyirinə 07 sentyabr 2017-ci il tarixli KM021T09170014S01 hesab nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə cəmi borcu 6249.57 (altı min iki yüz qırx doqquz Manat 57 qəpik) manat - bundan 2218.55 (iki min iki yüz on səkkiz Manat 55 qəpik) Manat əsas, 2271.96 (iki min iki yüz yetmiş bir Manat 96 qəpik) Manat faiz, 1427.05 (bir min dörd yüz iyirmi yeddi Manat 05 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 332.01 (üç yüz otuz iki manat 01 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 82.50 (səksən iki manat 50 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulmasını məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən , məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 07 sentyabr 2017-ci il tarixli KM021T09170014S01 hesab nömrəli müqavilə üzrə 2218.55 (iki min iki yüz on səkkiz manat 55 qəpik) manat əsas, 2271.96 (iki min iki yüz yetmiş bir manat 96 qəpik) manat faiz, 1427.05 (bir min dörd yüz iyirmi yeddi manat 05 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 332.01 (üç yüz otuz iki manat 01 qəpik) manat faiz borcu cəmi borcu 6249.57 (altı min iki yüz qırx doqquz manat 57 qəpik) və iş üzrə ödənilmiş 82.50 (səksən iki manat 50 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, LPO İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar