Məhkəmə qərarları › İş №e-2(080)-260/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-260/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-260/2023 07.12.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “23” oktyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək, 01 iyul 2022-ci il tarixli,İK1013917 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 8 204.34 (səkkiz min iki yüz dörd manat 34 qəpik) manat əsas borc,305.76 (üç yüz beş manat 76 qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 8 510.10 (səkkiz min beş yüz on manat 10 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 105.10 (bir yüz beş manat 10 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon filialı tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 01 iyul 2022-ci il tarixli, İK1013917 saylı kredit müqaviləsinə əsasən illik 17 % dərəcəsi ilə 48 ay müddətinə 10000 (on min) manat məbləğində krediti verilmişdir. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Cavabdeh tərəflər arasında bağlanmış 01 iyul 2022-ci il tarixli,İK1013917 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 8 204.34 (səkkiz min iki yüz dörd manat 34 qəpik) manat əsas borc,305.76 (üç yüz beş manat 76 qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 8 510.10 (səkkiz min beş yüz on manat 10 qəpik) manat kredit borcu öhdəliyi var. Cavabdeh 01 iyul 2022-ci il tarixli,İK1013917 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 8 204.34 (səkkiz min iki yüz dörd manat 34 qəpik) manat əsas borc,305.76 (üç yüz beş manat 76 qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 8510.10 (səkkiz min beş yüz on manat 10 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 105.10 (bir yüz beş manat 10 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx"ASCnin hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, 07 dekabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddianı müdafiə etdiyini bildirmiş, işlərin çox olmasının nəzərə alınmasını, onun iştirakı olmadan mülki işə baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş- 01 iyul 2022-ci il tarixli, İK1013917 saylı kredit müqaviləsindən görünür ki, R. Bağırova 48 ay müddətinə, illik 17 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. 19 oktyabr 2023-cü il tarixli, 1208 nömrəli arayışından görünür ki, Cavabdeh 8204.34 (səkkiz min iki yüz dörd manat 34 qəpik) manat əsas borc,305.76 (üç yüz beş manat 76 qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 8 510.10 (səkkiz min beş yüz on manat 10 qəpik) manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə ünvanlandığı ərizəsini nəzərdən keçirib, toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" ASC-nin Ordubad filialı arasında 01 iyul 2022-ci il tarixli, İK1013917 saylı kredit müqaviləsi imzalanmış, Cavabdeh 48 ay müddətinə illik 17 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş “cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış, kredit müqaviləsinin tələblərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə onun banka 8 204.34 (səkkiz min iki yüz dörd manat 34 qəpik) manat əsas borc,305.76 (üç yüz beş manat 76 qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 8 510.10 (səkkiz min beş yüz on manat 10 qəpik) manat borcu yaranmışdır. Kredit müqaviləsinin 5.2-ci maddəsinin “a” bəndində əsasən borcalan müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini ödəniş qrafikinə uyğun olaraq vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyini vaxtından əvvəl icrasını tələb edə bilər. Kredit müqaviləsinin 2.10-cu maddəsində qeyd edilmişdir ki, gecikdirilmiş öhdəliklərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş əsas məbləğin 10%- məbləğində əlavə cərimə hesablanır. Məhkəmənin gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin ikinci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 105,10 (yüz beş manat on qəpik) manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 01 iyul 2022-ci il tarixli, İK1013917 saylı kredit müqaviləsinə üzrə 8204.34 (səkkiz min iki yüz dörd manat otuz dörd qəpik) manat əsas borc, 305.76 (üç yüz beş manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8510.10 ( səkkiz min beş yüz on manat on qəpik ) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 105,10 (yüz beş manat on beş qəpik) manat dövlət rüsumu əvəzi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar