Məhkəmə qərarları › İş №e-2(080)-261/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-261/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-261/2023 17.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4228.66 manat məbləğində kredit bоrcu, 392.14 manat məbləğində faiz bоrcu və 114.57 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4735 (dörd min yeddi yüz otuz beş) manat 37 (otuz yeddi) qəpik məbləğində bоrcun və ödənilmiş 67.35 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə hazırlıq iclasında xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə Ordubad Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində İddiaçı Cavabdeh pul tələbinə dair ərizəsi Ordubad rayon Məhkəməsində e-2(080)-261/2023 saylı mülki iş üzrə icraatda olan iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair e- 2(080)-261/2023 saylı mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixinə təyin edildiyini, tərəflər arasında mövcud olan hazırkı mübahisə məhkəmədən kənar öz həllini tapdığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tuturaq, e-2(080)-261/2023 saylı mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə hazırlıq iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 ərizəsi nəzərə alınmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddiaçı tərəfindən “Asanpay” vasitəsilə 09.10. 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 67.35 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən “Asanpay” vasitəsilə vasitəsilə 09.10. 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 67.35 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar