Məhkəmə qərarları › İş №e-2(080)-264/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-264/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-264/2024 05.11.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı X6 Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh xx.xx.2020-cı il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 13442,76 manat əsas borc, 783,61 manat faiz borcu və 132,68 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh və "xxxx" ASC-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli İK ******* saylı Kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 20000 AZN məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, pul vəsaitinin cavabdehin hesabına köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən qalıq borc restruktrizasiya edilərək müqavilənin müddəti yeni ödəniş qrafiki ilə xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Yenə də buna baxmayaraq cavabdeh Kredit müqaviləsinin şərtlərinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərliməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Nəticədə Cavabdeh xx.xx.2024-cü il tarixə banka xx.xx.2020-cı il tarixli ******* saylı Kredit müqaviləsinə əsasən 13442,76 manat əsas, 783,61 manat faiz, cəmi 14226,37 manat borcu yaranmışdır . Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, sübutların məhkəməyə təqdim edildiyin bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasın, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Naxçıvanbank' Açıq Səhmdar Cəmiyyəti və "Kapital Bank ' Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 noyabr 2023-tü il tarixli müqavilədən görünür ki "Hüquq əldə edən" adlandırılacaq, İdarə Heyətinin sədri icraçı direktor X2 şəxsində təmsil olunan "Kapital Bank ' Açıq Səhmdar (cəmiyyətvə digər tərəfdən bundan sonra “Hüquq sahibi" adlandırılacaq. İdarə Heyətinin sədrinin l-ci müavini. sədr vəzifəsini müvəqqəti icra edən X3 şəxsində təmsil olunan “Naxçıvanbank' Açıq Səhmdar Cəmiyyəti bu Müqavilənin mətni boyunca isinin müvafiq halında “Hüquq əldə edən və "Hüquq sahibi" ayrı-ayrılıqda "Tərəf" birlikdə isə “Tərəflər" adlandırıla bilərlər) müqavilə bağlanmış və müqaviləyə əsasən Hüquq sahibi Müştərilərlə bağladığı kreditlə bağlı müqavilələr üzrə bütün hüquqları, tələbləri, təminatları və üstünlükləri Hüquq əldə edənə ötürməklə güzəşt etməyi. Hüquq əldə edən isə bunun müqabilində güzəşt edilmiş hüquqlar müqabilində razılaşdırlımış ödənişi Hüquq -sahibinə ödəməyi öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2020-cı il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-i və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, "xxxx" ASCi tərəfindən Cavabdeh illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində istehlak krediti verilmişdir. Kassa məxaric orderinin surətindən görünür ki, 20000 (iyirmi min) manat Cavabdeh "xxxx" ASC-i nin Ordubad filialı tərəfindən cavabdehin hesabına köçürülməsi yolu ilə verilmişdir. 11 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 09 sentyabr 2024-cü il tarixə Cavabdeh xx.xx.2020-cı il tarixli, ******* saylı kredit müqaviləsi üzrə banka 13442.76 manat əsas borc, 783.61 manat faiz, cəmi 14226.37 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 10 sentyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 132,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh və "xxxx" ASC-i arasında xx.xx.2020-cı il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 20000 (iyirmi min) manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam ödəməmişdir. Cəsarət Rəşid oğlunun xx.xx.2020-cı il tarixli, ******* saylı kredit müqaviləsi üzrə banka 13442.76 manat əsas borc, 783.61 manat faiz, cəmi 14226.37 manat borcu vardır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Kredit müqaviləsinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müəddətə, məqsədli istifadə, qaytarmaq, faizlər ödənmək və təminatlılıq şərtilə 20000 (iyirmi min) manat məbləğində kredit verilməsini, borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə aralarında razılığa gəlmiş, əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit müqaviləsi üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cəsarət Rəşid oğlundan xx.xx.2020-cı il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 13442.76 manat əsas borc, 783.61 manat faiz borcu, cəmi 14226.37 manat alınaraq İddiaçı ASC-in hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 132,68 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə , qət etdi: İddia təmin edilsin. Cavabdeh 13442,76 manat əsas borcun və 783.61 manat faiz borcunun cəmi 14226.37 (on dörd min, iki yüz iyirmi altı manat, otuz yeddi qəpik ) manat borcun və 132.68 (yüz otuz iki manat, altmış səkkiz qəpik ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar