Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-293/2024 03.12.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədov Əliağa Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı «torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Ordubad Rayon rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı «torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli 1934 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 26399.40 (iyirmi altı min üç yüz doxsan doqquz manat, qırx qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1934 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunun sol tərəfi ünvanında yerləşən dövlət mülkiyyətində olan 8250.0 kv.m torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarəhaqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur Müqavilə ləğv edilmədiyindən halhazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024cü il tarixinə ödənilməli olan 26399.40 (iyirmi altı min üç yüz doxsan doqquz manat, qırx qəpik) manat icarəhaqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 12067/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 26399.40 (iyirmi altı min üç yüz doxsan doqquz manat, qırx qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə bütün zəruri sənədlər məhkəməyə təqdim olunduğunu, Eyni zamanda ki, Naxçıvan Muxtar Respublikası ərazisində Xidmətin ərazi şöbəsi fəaliyyət göstərmədiyindən, Xidmətin səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirakının təmin edilməsinin mümkün olmadığını. Bununla əlaqədar olaraq, Xidmətin nümayəndəsinin iştirakı olmadan hazırkı iddia tələbinə baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdehnun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 1934 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, «İcarəyəverən» ƏMDK-nın sədrinin xx.xx.2022-ci il tarixli 81 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunun sol tərəfi ünvanında yerləşən dövlət mülkiyyətində olan 8250.0 kv.m torpaq sahəsi icarəçi Cavabdeh tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Müqavilə şərtlərinə görə torpaq sahəsinin illik icarə haqqı 14400 manat, aylıq icarə haqqı 1200 manat təşkil edir. ƏMDX xx.xx.2024-cü il tarixli məktubla Cavabdeh müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunun sol tərəfi ünvanında yerləşən dövlət mülkiyyətində olan 8250.0 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair onunla bağlanmış icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 22799 manat 40 qəpik məbləğində icarə haqqı borcu yarandığını bildirmişdir. Borcun 7 gün ərzində dövlət büdcəsinə ödənilməsinin zəruri olduğu göstərilmişdir. Əks halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. Şəxsi hesab vərəqindən görünür ki, Cavabdehnun həmin torpaq sahəsindən istifadəyə görə xx.xx.2024-cü il tarixə 26399.4 manat məbləğində icarə haqqı borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunun sol tərəfi ünvanında yerləşən dövlət mülkiyyətində olan 8250.0 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə ƏMDX ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1934 nömrəli icarə müqaviləsi üzrə Cavabdehnun dövlət büdcəsinə 26399 manat 40 qəpik icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yaranmış icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən, iddiaçı icarə haqqı üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 1934 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 26399.40 (iyirmi altı min üç yüz doxsan doqquz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq ((VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 1934 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 26399.40 (iyirmi altı min üç yüz doxsan doqquz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq ((VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim :Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-293/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-293/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver