Məhkəmə qərarları › İş №e-2(080)-299/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-299/2025

28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-299/2025 28.01.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, Cavabdeh 4950 ( dörd min doqquz yüz əlli) manat maddi ziyanın iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzinin və vəkillə bağlanmış müqavilə üçün ödənilən 300 (üç yüz) manat pul vəsaaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə iddiaçı cavabdehlə sosial şəbəkə vasitəsilə tanış olmuş, tərəflər arasında mebel hazırlanması barədə razılıq əldə edilmişdir. Cavabdeh mebelin hazırlanması üçün iddiaçıdan müxtəlif vaxtlarda pul vəsaiti almış, işin bir hissəsini yerinə yetirmiş, lakin qalan hissəni tamamlamamış və artıq ödənilmiş məbləğin bir qismini geri qaytarmamışdır. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 4950 manat məbləğində maddi ziyan vurulmuşdur. Mübahisə hüquq-mühafizə orqanları tərəfindən mülki xarakterli hesab edildiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, ddiaçı İddiaçı Cavabdeh instaqram sosial şəbəkəsindən tanımışdır.Cavabdehin “Ürün Hizməti” adlı mebel səhifəsi olmuşdur. İddiaçı da qızına cehiz olaraq mebel yığdırmaq məqsədilə müəyyən olunmuş tarixdə cavabdehlə əlaqə saxlayaraq Bakı şəhərində Şamaxinka adlanan ərazidə Main yaşayış Kompleksində cavabdeh və yanında gəlmiş digər şəxslə görüşmüş cavabdeh həmin mənzildə mebelin ölçülərini götürmüş və iddiaçıya ümumi məbləğin 14.800 (on dörd min səkkiz yüz) manat tutacağını və ilkin olaraq həmin məbləğin 50 %-ni ödəməli olduğunu bildirmişdir. İddiaçı isə üzərində o qədər məbləğin olmadığını bildirmiş yalnız 500 (beş yüz) manat beh təqdim etmişdir. Mebelin may ayının ortalarında təhvil verilməsi barədə razılığa gəlinmişdir. İki gün sonra iddiaçı cavabdehə 6900 (altı min doqquz yüz) manat pul vəsaaiti vermişdir. Cavabdeh əvəzində iddiaçıya özünəməxsus formada üzərində VÖEN olan ştampla təstiqlənmiş qəbz vermişdir. Bir müddət sonra işin vəziyyəti barədə maraqlandıqda 1000 (bir min) manat da iddiaçıdan almışdır. Beləliklə ayrı-ayrı vaxtlarda detalların alınması üçün 850 (səkkiz yüz əlli) 500 (beş yüz) və 3200 (üç min iki yüz) manat məbləğ cavabdehə verilmişdir. Artıq Baxşıdan xəbər çıxmadığını görən iddiaçı iyun ayında Qurban bayramı ərəfəsində cavabdehin iş yeri olan Dərnəgül yolunun kənarında Santral Elektrik mağazasının arxasında cavabdehin işlədiyi mebel sexində görüşüb danışmış Baxşı ustanın Gəncə şəhərində olduğunu iki günə mebeli gətirib yığacaqlarını bildirmişdir. İki gün sonra Baxşı və Surac adlı şəxs iddiaçının qızının yaşayacağı mənzilinə gedib mebelin hissələrini orada qurmağa başlamışlar. Daha sonra Surac tək işləmiş və iddiaçıya detallarda çatışmazlığın olduğunu bildirmişdir. Baxşı ilə əlaqə saxlamaq mümkün olmamışdır. Cavabdeh həmin vaxt Naxçıvan şəhərinə getmiş orada olduğu yerdə telefon şəbəkəsinin tutmadığını demişdir. Bundan sonra iddiaçı cavabdehlə əlaqə saaxlaya bilməmiş sonradan votsapp danışığı zamanı cavabdehin Polşa Respublikasında olması məlum olmuş iddiaçıya müxtəlif vaxtlarda pulu ödəyəcəyi barədə vədlər vermişdir. Lakin bu günə qədər heç bir məbləğ ödəməmişdir. Cavabdehin iddiaçıya qaytarmalı olduğu məbləğ 4950 ( dörd min doqquz yüz əlli) manat təşkil edir. İddiaçı cavabdehin ona 7500(yeddi min beş yüz) manat dəyərində iş gördüyünü etiraf edir lakin qalan 4950 (dörd min doqquz yüz əlli) manatı cavabdehin geri qaytarmasını istəyir. Bununla bağlı iddiaçı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinə də yazılı müraciət etmiş lakin işin cinayət deyil mülki xarakterli olması barədə cavab verilmişdir. Bu səbəbdən də iddiaçı mübahissənin həllini məhkəməyə müraciət eetməkdə görmüşdür.Tərəflər arasındakı yazışmaları əks etdirən CD məhkəmə hazırlıq iclasında təqdim olunacaqdır. Cavabdeh İddiaçı vurmuş olduğu 4950 ( dörd min doqquz yüz əlli) manat maddi ziyanın iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzinin və vəkillə bağlanmış müqavilə üçün ödənilən 300 (üç yüz) manat pul vəsaaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında idda ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə çağırılsa da məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2026- cı il tarixdə məhkəməyə teleqramla müraciət edərək üzürlü səbəbdən səbədən nəhkəmə baxışında istipak edə bilmədiyini, iddia tələbi ilə tanış olduğunu, iddiani qismən qəbul etdiyini, iddiaçiya 3950 (üç min doqquz yüz əlli) manat borcunun olduğunu, maddi imkan olmadığından ödəyə maddi vəziyyətinin nəzərə alınaraq borcun hissə-hissə ödənməsi barədə qərar qəbu edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 777ci maddəsi təşkil edir. Həmin maddədə deyilir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (777.1-ci maddə). Qeyd olunan maddənin dispozisiya şərtlərindən də görünür ki, tərəflər arasında tapşırıq müqaviləsinin mövcud olması üçün 3 əsas tələb olunur: 1) vəkalət verənin verdiyi tapşırığın vəkalət alanın qəbul etməsi; 2) müqavilənin (tapşırığın) predmetinin əqdlərin bağlanılması, işlərin və digər xidmətlərin göstərilməsindən ibarət olması; 3) müqavilənin nəticəsi, yəni konkret nəticənin əldə olunmasına təminat verilməməsi. Tapşırıq müqaviləsinin formasına gəldikdə isə bu müqavilə həm şifahi, həm də yazılı formada bağlana bilər (MM-nin 777.2-ci maddəsi). Yuxarıda qeyd edilən işin hallarından da göründüyü kimi, iddiaçı cavabdehlə sosial şəbəkə vasitəsilə əlaqə saxlamış və qızına cehiz məqsədilə mebel məmulatlarının hazırlanması barədə razılığa gəlmişdir. Cavabdeh iddiaçının sifarişi əsasında mebelin hazırlanması və quraşdırılması öhdəliyini üzərinə götürmüşdür. Razılaşmaya əsasən cavabdeh mebel məmulatlarının hazırlanması üçün iddiaçıdan müxtəlif vaxtlarda pul vəsaiti almışdır ki, bu hal tərəflər arasında mübahisəsizdir. Cavabdeh işin bir hissəsini yerinə yetirmiş, mebelin müəyyən hissələri iddiaçının mənzilində quraşdırılmışdır. Eyni zamanda iş materiallarından və tərəflər arasında aparılmış yazışmalardan müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam həcmdə icra etməmiş, mebel məmulatlarının bir hissəsi tamamlanmamış, bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən olunur ki, cavabdeh tərəfindən görülmüş işlərin dəyəri iddiaçı tərəfindən 7500 manat məbləğində qəbul edilmiş, lakin artıq ödənilmiş və geri qaytarılmalı olan 4950 manat məbləğin tam həcmdə ödənilməsini təsdiq edən kifayət qədər sübutlar təqdim edilməmişdir. Mülki Məcəllənin 778-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Yuxarıda şərh edilən əsaslara görə məhkəmə hesab edir ki, cavabdeh onun tapşırığı əsasında öhdəliyini yerinə yetirmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq aşağıdakı qənaətə gəlir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında mebel məmulatlarının hazırlanması ilə bağlı şifahi mülki-hüquqi razılaşma olmuş, cavabdeh bu razılaşma əsasında iddiaçıdan pul vəsaiti almışdır. Cavabdeh öhdəliyini tam həcmdə icra etməmiş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan, o cümlədən cavabdehin xx.xx.2026-cı il tarixli teleqramından müəyyən olunur ki, cavabdeh iddiaçı qarşısında 3950 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin borcu etiraf etməsi mübahisə edilən məbləğin həmin hissəsinin mövcudluğunu sübuta yetirən etibarlı sübutdur. Eyni zamanda məhkəmə müəyyən edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi 4950 manat məbləğin tam həcmdə cavabdeh tərəfindən borc olaraq qaldığını təsdiq edən kifayət qədər və mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi göstərilən məbləğin yalnız sübuta yetirilmiş hissəsində əsaslı hesab edilir. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı mübahisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət etmişdir. Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən İddiaçı müraciəti əsasında toplanmış HK-1/2533 saylı material üzrə 02 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, mübahisənin mülki-hüquqi xarakter daşıdığı müəyyən olunmuşdur. Məhkəmə bu halı iddiaçının məhkəməyə müraciətinin əsaslı olmasını təsdiq edən amil kimi qiymətləndirir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə vəkil arasında xx.xx.2025-ci il tarixli hüquqi yardım müqaviləsi bağlanmış, vəkilin işdə iştirakını təsdiq edən EO-06//72VK-39213/25 saylı order, habelə vəkilin nümayəndə qismində iştirak etməsi üçün verilmiş 19 sentyabr 2025-ci il tarixli etibarnamə iş materiallarına əlavə edilmişdir. Həmin sənədlər vəkilin işdə qanuni əsaslarla iştirak etdiyini təsdiq edir. Bundan əlavə, iddia ərizəsinin verilməsi ilə bağlı ********** nömrəli dövlət rüsumu qəbzi təqdim edilmiş, iddiaçı tərəfindən 70 manat dövlət rüsumunun ödənildiyi sübuta yetirilmişdir. İddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun 59.5 manat hissəsinin cavabdehdən tutulması qanunauyğun hesab edilir. Vəkillə bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən 300 manat məbləğində hüquqi yardım haqqı ödənilmiş, həmin xərc iş materialları ilə təsdiq olunmuşdur. Məhkəmə bu xərci iş üzrə zəruri və əsaslı hesab edərək cavabdehdən tutulmalı olduğu qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3950 ( üç min doqquz yüz əlli) manat məbləğində pulun, 300 manat vəkil xərcinin və 59.5 (əlli doqquz manat əlli qəpik ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia digər hissədə rədd edilsin. İddia digər hissədə rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 70 (yetmiş manat ) manat dövlət rüsumunun 10.5 (on manat əlli qəpik ) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar