Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-311/2025 13.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı Cavabdeh, qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən ona vurulan maddi ziyanın əvəzi kimi 8550 manat, dövlət rüsumu kimi ödədiyi 106 manat və vəkil xidməti üçün ödədiyi 300 manatın alınıb ona vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizə ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. 13 fevral 2026-cı il tarixdə iddiaçı və iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçının mülki iş üzrə nümayəndəsi olan vəkil Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddia tələblərinin əsasını təşkil edən hallarla bağlı əlavə sübutlar toplamaq üçün zamana ehtiyacları var. Odur ki, iddia ərizələrini geri qaytarıb, işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsinin ərizəsi nəzərə alınmalı, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Cavabdehlər Cavabdeh məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, Hökümət ödəniş portalı vasitəsilə 17 noyabr 2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 106 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən ona vurulan maddi ziyanın əvəzi kimi 8550 manat, dövlət rüsumu kimi ödədiyi 106 manat və vəkil xidməti üçün ödədiyi 300 manatın alınıb ona vermək öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər X1 qaytarılsın. Hökümət ödəniş portalı vasitəsilə 17 noyabr 2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 106 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-311/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-311/2025
13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver