Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-325/2025 30.12.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyev, İddiaçı Yedigar oğlunun Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Yedigar oğlu Cavabdeh onun xeyrimə 850 (səkkiz yüz əlli) manat əsas borc məbləğinin, borcun gecikdirildiyi müddət üçün qanunvericiliklə nəzərdə tutulmuş illik 5 faiz olmaqla 42.5 faiz borcunun, İş üzrə ödədiyi 30 manat dövlət rüsumun, cəmi 922.5 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Yedigar oğlu tələbini onunla əsaslandırılmışdır ki, mən İddiaçı, təxminən 6 ay əvvəl Cavabdeh 1 500 (bir min beş yüz) manat məbləğində nağd borc pul vermişəm. Borcun verilməsi faktı video görüntü ilə sübuta yetirilir. Cavabdeh sonradan borcun 650 (altı yüz əlli) manatını qaytarmış, lakin qalan 850 (səkkiz yüz əlli) manat məbləği bu günə qədər ödəməmişdir. Dəfələrlə etdiyim müraciətlərə baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınır. İddiaçı Yedigar oğlu Cavabdeh onun xeyrimə 850 (səkkiz yüz əlli) manat əsas borc məbləğinin, borcun gecikdirildiyi müddət üçün qanunvericiliklə nəzərdə tutulmuş illik 5 faiz olmaqla 42.5 faiz borcunun, İş üzrə ödədiyi 30 manat dövlət rüsumun, cəmi 922.5 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. .Məhkəmə icraatının mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4-cü maddəsinin maddələrinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4cü maddəsində qeyd edilir ki tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar göstərilməlidir. Belə ki, iddiaçı iddia ərizəsinə qoşma kimi sənədlər əlavə etsə də iddia ərizəsinə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-cimaddəsində göstərilir ki, ərizənin bu məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmadıqda hakim iddia ərizəsini geri qaytarır.Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Bu səbəbdən də iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin284-3.5-cimaddəsində göstərilir ki, Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 25 dekabr 2025-ci il tarixdə İddiaçı Yedigar oğlu tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə **********86 nömrəli qəbz ilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Yedigar oğlunun Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. 25 dekabr 2025-ci il tarixdə İddiaçı Yedigar oğlu tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə **********86 nömrəli qəbz ilə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “İddiaçı Yedigar oğluna qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-325/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-325/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver