Məhkəmə qərarları › İş №e-2(080)-34/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-34/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-34/2023 16.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı "xxxx"ASC-nin cavabdeh X5 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC cavabdeh X5 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASCnin Nəsimi filialı ilə X6 xx.xx.2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən 43 ay müddətinə Bank 5000 manat məbləğində kredit verilmişdir. Borc alan X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ordubad rayon dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, 93 saylı məktubu ilə müəyyən edilmişdir ki, X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh Canpolad qızına X12 hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş 2998.97 manat əsas borc, 0.02 manat faiz borcu olmaqla, cəmi 2998.99 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçı tərəf bu əsasa görə X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 2998.97 manat əsas borc, 0.02 manat faiz borcu olmaqla, cəmi 2998.99 manat kredit borcu və ödənilmiş 49.99 manat dövlət rüsumunun, habelə 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki mərhum "xxxx" ASCnin Nəsimi filialı ilə X6 29.12. 2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən 43 ay müddətinə Bank 5000 manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 201455 nömrəli Ölüm Haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci ildə ölmüşdür. Mülki işə əlavə edilmiş Ordubad rayon dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, V-77/2022 saylı X12 X7 görünür ki, mərhum X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ödəniləcək 1941 manat pul vəsaiti olan miras əmlakdan həyat yoldaşı Cavabdeh tam hissədə pay almışdır. Azərbaycan Respubikası Mülki Məcəlləsinin: 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respubikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-6.1 maddəsinə əsasən işə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Məhkəmə sənədləri sübutları araşdırıb belə qənaətə gəlir ki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir, Belə ki, mərhum X6 29.12.12. 2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən 43 ay müddətinə Azərbaycan Beynəlxalq Bankı” ASC 5000 manat məbləğində kredit verilmiş lakin kredit borcunu tam ödəməmiş və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh X12 hüququ haqqında şəhadətnamə verilmişdir. X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ödəniləcək 1941 manat pul vəsaiti olan miras əmlakdan həyat yoldaşı Cavabdeh tam hissədə pay almışdır. İddiaçı tərəf isə cavabdehdən 2998.97 manat əsas borc, 0.02 manat faiz borcu olmaqla, cəmi 2998.99 manat kredit borcu və ödənilmiş 49.99 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir. cavabdehin Cavabdeh vərəsəlik qaydasında 1941 manat pul vəsaiti almışdır. Qanunun tələbinə gorə isə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən Cavabdeh 1941 manat pul vəsaiti iddiaçı "xxxx" ASC xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş 30 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı 49.99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 49.99 (qırx doqquz manat doxsan doqquz qəpik ) manat dövlət rüsumu iddianın qismən təmin edilmiş hissəsinə mütənasıb olaraq 39.40 (otuz doqquz manat qırx qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10.59 (on manat əlli doqquz qəpik) manat isə iddia digər hissədə rədd edildiyindən iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Azərbaycan Beynəlxalq Bankı” ASC ilə mərhum X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən X3 vərəsəsi Cavabdeh əsas və faiz borcu olmaqla 1941 manat pulun və dövlət rüsumunun əvəzi olaraq 39.40 (otuz doqquz manat qırx qəpik) manat alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X8 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar