Məhkəmə qərarları › İş №e-2(080)-349/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-349/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-349/2024 16.12.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən hakim Haqverdiyev Tural Ziyat oğlu iddiaçı Atasığorta Açıq Səhmdar cəmiyyətinin Cavabdeh qarşı Mülki hüquq pozuntusu (deliktlərdən) əmələ gələn öhdəlik üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Atasığorta Açıq Səhmdar cəmiyyəti Cavabdeh 4282 manat sığorta ödənişi və 62.82 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Atasığorta Açıq Səhmdar cəmiyyətinə ödənilməsini Ordubad Rayon Məhkəməsindən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinə ərazi aidiyyəti üzrə Ordubad Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır İş materiallarını, Elektron Məhkəmə informasiya sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarını nəzərdən keçirib, belə hesab edirəm ki, iddiaçı Atasığorta Açıq Səhmdar cəmiyyətinin Cavabdeh qarşı 4282 manat sığorta ödənişi tələbinə dair iddia ərizəsinə Ordubad Rayon Məhkəməsində baxıla bilməz. Ona görə ki, Elektron Məhkəmə informasiya sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt şəhəri,2-ci Mikrorayon, 2/30,43 ünvanında yaşayır, (qeydiyyatdadır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.. Eyni zamanda bildirirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 62.82 (altmış iki manat səksən iki qəpik ) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Atasığorta Açıq Səhmdar cəmiyyətinin 4282 manat sığorta ödənişi və 62.82 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Atasığorta Açıq Səhmdar cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Atasığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 dekabr 2024-ci il tarixdə ********** nömrəli qəbzlə X1 vasitəsi ilə Ordubad Rayon Məhkəməsinə ödənilmiş 62.82 (altmış iki manat səksən iki qəpik ) manat məbləğində dövlət rüsumu Atasığorta Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia tələbi ilə bağlı ümumi qaydada Sumqayıt Şəhər Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar