Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-47/2023 17.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyev iddiaçı Expressbank ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı ASC-in Cavabdeh 3999.81 manat məbləğində əsas borc, 383.42 manat faiz borcu və ödənilmiş 64.24 manat dövlət rüsumunun tutulması tələbi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı "xxxx" ASC-in nümayəndəsi 30 yanvar 2023-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahış etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-in nümayəndəsinin ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 10 yanvar 2023-cü il tarixdə, ********** nömrəli qəbzlə İddiaçı ASC tərəfindən Ordubad Rayon Məhkəməsinə 64.24 (altmış dörd manat iyirmi dörd qəpik ) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı ASC -in Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı ASC-nə qaytarılsın. 10 yanvar 2023-cü il tarixdə, ********* nömrəli qəbzlə İddiaçı ASC tərəfindən Ordubad Rayon Məhkəməsinin hesabına ödənilmiş 64.24 (altmış dörd manat iyirmi dörd qəpik manat dövlət rüsumu iddiaçı Exspressbank” ASC-nə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Sədr: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-47/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-47/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver