Məhkəmə qərarları › İş №e-2(080)-56/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-56/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-56/2023 28.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı Naxçıvanbank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq mü ə y y ə n e t d i : Naxçıvanbank ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli İK1009533 saylı kredit müqaviləsi üzrə 13160.00 manat əsas borc, 1358.26 manat faiz borcu, ümumilikdə 14518.26 manat borcun və 133.55 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması barədə müvafiq qərar verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar, məhkəmə hazırlıq iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsnin ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi Nümayəndə ərizəsi nəzərə alınmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddiaçı Naxçıvanbank ASC tərəfindən Naxçıvan filialı vasitəsilə 27.01. 2023-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 133.95 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə ra ra a l d ı : Naxçıvanbank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Naxçıvanbank ASC tərəfindən Naxçıvan filialı vasitəsilə 27.01. 2023-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 133.95 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar