Məhkəmə qərarları › İş №e-2(080)-68/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-68/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-68/2023 17.05.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X3 Haqverdiyevin sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh - Cavabdeh 21 iyul 2022-ci il tarixli, İK1014486 say-lı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 6541.83 (altı min beş yüz qırx bir manat 83 qəpik) manat əsas borc, 54.58 (əlli dörd manat 58 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6596.41 (altı min beş yüz doxsan altı manat 41 qəpik) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 85.96 (səksən beş manat 96 qəpik) manatın alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xahişi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 13 fevral 2023-cü il tarixdə, ********** nömrəli qəbzlə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına (X2) 85.96 (səksən beş manat 96 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nə qaytarılmalıdır. Sonda məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə, qərara aldı: İddiaçı “Naxçıvanbank" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 13 fevral 2023-cü il tarixdə, ********** nömrəli qəbzlə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına (X2) 85.96 (səksən beş manat 96 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nə qaytarılsın Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar