Məhkəmə qərarları › İş №e-2(080)-71/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-71/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-71/2025 12.02.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, iddiaçı İnternet- 2007 Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İnternet-2007 Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. 11 fevral 2025-ci il tarixdə iddiaçı İnternet-2007 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiasından imtina etdiyini bildirmiş, iddiadan imtinanın qəbul edilməsini və e-2(080)-71/2025 nömrəli mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının borcu tam şəkildə ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnternet-2007 Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddiasından imtinası qəbul edilsin. İnternet-2007 Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən 04 fevral 2025-ci il tarixdə 73037893 nömrəli qəbzlə PAYSİS MMC vasitəsi ilə ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılsın Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar