Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-86/2022 07.04.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyev, iddiaçı “X3 Azərbaycan” QSC-in Cavabdeh qarşı borcun tutulması barədə tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh 672,28 manat kredit borcunun və 30 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır Cavabdeh arasında 06.11.2014-cü il tarixdə Bank hesabı, debet kartı, kredit kartı,və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Bank tərəfindən Cavabdeh istehlak yönümlü 500 manat məbləğində kredit kartı limiti ayrılmışdır. İddiaçı “X3 Azərbaycan” QSC müqavlə üzrə öz öhdəliklərini tam yeriə yetirsə də borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir.Bu səbəbdən iddiaçı Cavabdeh 672,28 manat kredit borcunun və 30 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152-ci maddələrinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində qeyd edilir, ki iddia ərizəsində iddianın predmeti və qiyməti iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, da göstərilməlidir. Belə ki, iddiaçı iddia ərizəsinə cavabdehin kimi Cavabdeh kimi göstərsə də elektron kabinet vaistəsi ilə göndərdiyi elektron ərizədə cavabdeh kimi X1 göstərmiş və İddiaçı X3 Azərbaycan” QSC –ni isə zamin kimi qeyd etmişdir. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsində qeyd edilir ki iddia ərizəsi bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ordubad Rayon Məhkəməsinə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 18 mart 2022-ci il tarixli qəbzlə iddiaçı X3 Azərbaycan” QSC tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı “X3 Azərbaycan” QSC-in Cavabdeh oğlundan qarşı 672,28 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı “X3 Azərbaycan” QSC geri qaytarılsın. 18 mart 2022-ci il tarixli qəbzlə iddiaçı “X3 Azərbaycan” QSC tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “X3 Azərbaycan” QSC qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №e-2(080)-86/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-86/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver