Məhkəmə qərarları › İş №e-2(080)-98/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-98/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-98/2022 17.08.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdim: DəmirBank ASC nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27 oktyabr 2014-cü il tarixli 2894 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cəmi borcu 2751,30 (iki min yeddi yüz əlli bir dollar, 30 sent) ABŞ dolları-bundan 1072,37 (bir min yetmiş iki dollar, 37 sent) ABŞ dolları əsas, 600,05 (altı yüz dollar, 05 sent) ABŞ dolları faiz, 918,83 (doqquz yüz on səkkiz dollar, 83 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 160,05 (yüz altmış dollar, 05 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 66,77 (altmış altı manat, 78 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 2894 nömrəli (Hesabı:********) 27 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsi üzrə bank tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 28 % dərəcəsi ilə 3409 (üç min dörd yüz doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında 1 nömrəli 16 iyul 2015-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 2572,14 (iki min beş yüz yetmiş iki dollar, 14 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinə kimi uzadılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh arasında 2 nömrəli 23 fevral 2016-cı il tarixli Əlavə Saziş imzalanmışdır. Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 2354,61 (iki min üç yüz əlli dörd dollar, 61 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh arasında 11 may 2017-ci il tarixində Əlavə Saziş imzalanmışdır. X3 əsasən kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2770,08 (iki min yeddi yüz yetmiş dollar, 8 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 8 % ödəməlidir. Bank ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli 2894 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə Cavabdeh cəmi borcu 2751,30 (iki min yeddi yüz əlli bir dollar, 30 sent) ABŞ dolları təşkil edir. Bundan 1072,37 (bir min yetmiş iki dollar, 37 sent) ABŞ dolları əsas, 600,05 (altı yüz dollar, 05 sent) ABŞ dolları faiz, 918,83 (doqquz yüz on səkkiz dollar, 83 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 160,05 (yüz altmış dollar, 05 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********630 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. DəmirBank ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət etmiş iddianı müdafıə etdiklərini,iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin iştirakları olmadan məhkəmənin keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtdı barədə məhkəmə bildirişləri göndərilərək xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, və gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini, və işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş xx.xx.2018-cı il tarixli, ********** saylı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrinin çıxarışına əsasən DəmirBank Açıq Səhimdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə DİN-in BPQNİ-nin MAPS tərəfindən verilmiş arayışa əsasən Səfərov X1 MR Ordubad rayonu Biləv kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 2894 nömrəli (Hesabı:********) 27 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 28 % dərəcəsi ilə 3409 (üç min dörd yüz doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 16 iyul 2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 2572,14 (iki min beş yüz yetmiş iki dollar, 14 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinə kimi uzadılmışdır. Mülki işə əlavə edilmiş Əlavə Sazişdən görünür ki, 11 may 2017-ci il tarixində Əlavə Saziş imzalanmışdır. X3 əsasən kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2770,08 (iki min yeddi yüz yetmiş dollar, 8 sent) ABŞ dolları hesablanmışdır. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 1072,37 (bir min yetmiş iki dollar, 37 sent) ABŞ dolları əsas, 600,05 (altı yüz dollar, 05 sent) ABŞ dolları faiz, 918,83 (doqquz yüz on səkkiz dollar, 83 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 160,05 (yüz altmış dollar, 05 sent) ABŞ dolları faiz borcu, təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli cavabdehə məhkəmədən kənar pretenziya qaydasında bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Etibarnamədən görünür ki Nümayəndə DəmirBank ASC-nin nümayəndəsidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə Cavabdeh iddiaçı DəmirBank ASC-nin xeyrinə 1072,37 (bir min yetmiş iki dollar, 37 sent) ABŞ dolları əsas, 600,05 (altı yüz dollar, 05 sent) ABŞ dolları faiz, 918,83 (doqquz yüz on səkkiz dollar, 83 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 160,05 (yüz altmış dollar, 05 sent) ABŞ dolları faiz borcu, məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən , məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin Cavabdeh 1072,37 (bir min yetmiş iki dollar, 37 sent) əsas borc, 918,83 (doqquz yüz on səkkiz dollar, 83 sent) ABŞ dolları cərimə, 600,05 (altı yüz dollar, 05 sent) ABŞ dolları faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 160,05 (yüz altmış dollar, 05 sent) ABŞ dolları faiz borcu cəmi 2751,30 (iki min yeddi yüz əlli bir dollar, 30 sent) ABŞ dolları və 66.77 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar