Məhkəmə qərarları › İş №e-2(088)-10/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-10/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-10/2024 24.01.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı Nümayəndə, cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Nümayəndə elektron qaydada iddia ərizə ilə məhkəməyə müraciət edərək, X2 350 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 50 manatın, nəticə etibarı ilə ümumilikdə 400 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumu olan pulla birlikdə, cavabdeh X2 cəmi 430 manat pulun alınaraq Nümayəndə xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəailiyyəti ilə məşğul olduğunu, fəaliyyət sahəsinin mobil telefonlar və onların aksesuarlarının alqı-satqısı olduğunu, cavabdeh X4 ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixində 602 nömrəli nisiyə mal satınalması müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh X1 Galaxy A52 markalı telefonu 12 aylıq kreditlə 1080 manat dəyərində almış və hazırki vaxtadək cavabdeh tərəfindən ilkin ödənişdə daxil olmaqla 730 manat ödənilmiş, lakin hazırda qalan 350 manat borcu ödəməkdən imtina etmiş, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuş, buna görədə həmin məbləğlər cavabdehin borcu hesab olunmuş, cavabdeh yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixində 602 nömrəli nisiyə mal satınalması müqaviləsindən yaranan 350 manat əsas borcun, bundan əlavə müavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün 10 manat, yəni ümumilikdə cərimə olaraq 50 manat peniya və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb qaytarılmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxslərin uçotu haqqında şəhadətnaməsinin sürətindən müəyyən olunur ki, Nümayəndə borcu tələb etmək hüququ vardır. Məhkəmə 21 dekabr 2023-cü il tarixdə cavabdeh X3 iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Lakin, cavabdeh bildirişi 25 dekabr 2023-cü il tarixdə qəbul etsədə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə cavabdeh D.Hüseynzadə arasında bağlanmış xx.xx.2021-ci il tarixində 602 nömrəli nisiyə mal satınalması müqaviləsinə əsasən 1080 manat məbləğində Samsung Galaxy A52 markalı telefon üçün 750 manat ilkin ödəniş etmiş qalan 350 manat məbləğin 7 ay müddətinə aylıq 50 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixində 602 nömrəli mal satılması müqaviləsi üzrə mal satınalması müqaviləsinin 2.4.1-ci bəndinə əsasən telefon qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini bu müqavilənin 3-cü bəndinə müvafiq olaraq vaxtında və tam şəkildə ödəməyi və həmin müqavilənin 2.4.2-ci bəndinə əsasən müqavilə ilə razılaşdırılmış son günədək aylıq ödənişi həyata keçirmədikdə gecikdirilən hər günə görə hesablanan dəbbə pulunu ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, cavabdeh D.Hüseynzadə iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2021-ci il tarixində 602 nömrəli nisiyə mal satınalması müqaviləsinə əsasən Samsung Galaxy A52 markalı telefon üçün 350 manat əsas borcu, 50 manat cərimə borcu olmaqla cəmi 400 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. İş materiallarına əlavə olunmuş tərəflər arasında xx.xx.2021-ci il tarixində 602 nömrəli nisiyə mal satınalması müqaviləsinin 3.3 bəndinə əsasən, kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Sübutlar olaraq ərizəyə əlavə olunmuş, tərəflər arasında xx.xx.2021-ci il tarixində 602 nömrəli nisiyə mal satınalması müqaviləsi, həmin müqaviləyə əlavə olaraq xx.xx.2021-ci il tarixli ödəniş cədvəli və xx.xx.2023-cü il tarixli arayış göstərilənləri bir daha təsdiq edir. Əlavə olaraq xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından də məlum olur ki cavabdeh X1 Galaxy A52 markalı telefonu qəbul etmişdir İddia ərizəsinə əlavə olunmuş X3 göndərilmiş xəbərdarlıq məktubu borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi cavabdeh X4 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də X4 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixində 602 nömrəli nisiyə mal satınalması müqaviləsi üzrə Samsung Galaxy A52 markalı telefon üçün 350 manat əsas borcu, 50 manat cərimə borcu olmaqla cəmi 400 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 430 (dörd yüz otuz) manat pul cavabdeh X2 alınaraq, iddiaçı Nümayəndə xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar