Məhkəmə qərarları › İş №e-2(088)-107/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-107/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-107/2025 05.12.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin, Cavabdeh Məhəmmədhəsən oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Məhəmmədhəsən oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə № 291İK-SAB/2019 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2025-ci il tarixinə cavabdehin 91046.19 manat əsas, 42.90 manat cərimə, 2328.85 manat faiz borcu olmaqla, cəmi 93417.94 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 370.25 AZN dövlət rüsumu və 0.56 AZN xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh Məhəmmədhəsən oğluna məxsus ünvan 1 ünvanında yerləşən mənzil (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019-cu il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********50-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh Məhəmmədhəsən oğlundan ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə hazırlıq iclası təxirə salınaraq, xx.xx.2025-ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə iclası keçirilərək baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş, həmin tarixdə Sədərək rayon Məhkəməsinin e-2(088)-107/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən ünvan 1 ünvanında yerləşən (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019-cu il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********50-10301 olan) əmlakın ilkin satış qiymətinin (likvid qiymətin) müəyyənləşdirilməsi məqsədilə mülki üzrə qiymətləndirmə aparılmaqla rəy alınması üçün mülki işin icraatı dayandırılaraq qiymətləndirilmə aparılması üçün "xxxx" MMC-ə göndərilmiş, iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin ərizəsinə əsasən xx.xx.2025-ci il tarixdə mülki iş qiymətlənirilmə aparılmadan geri qaytarılmış, həmin tarixdə mülki işin icraatı təzələnərək baxılması üçün xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin Problemli Kreditlərlə İş departamentinin Məhkəmələrlə iş şöbəsinin direktor müavini xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmənin icraatında olan iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işin qiymətləndirilmə aparılmadan tələb edilməsini və iş üzrə icraatı təzələyərək iddia ərizəsinin, habelə ödənilmiş 370.25 AZN məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən iddia ərizəsi “elektron məhkəmə informasiya sisteminə” yerləşdirildiyindən, sənədlərin geri qaytarılması mümkün hesab edilmir. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının X1 vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 370.25 (üç yüz yetmiş manat iyirmi beş qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: İddiaçı "xxxx" ASC-nin, Cavabdeh Məhəmmədhəsən oğluna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC-nin X1 vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 370.25 (üç yüz yetmiş manat iyirmi beş qəpik) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinet vasitəsilə Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar