Məhkəmə qərarları › İş №e-2(088)-130/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-130/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-130/2025 30.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə Sədərək Rayon Məhkəməsinə elektron qaydada iddia ərizəsi ilə müraciət edərək Cavabdeh "xxxx" ASCnin xeyrinə 1177.14 manat əsas borcu, 202.41 manat faiz borcu və 54.62 manat cətimə borcu olmaqla cəmi 1434.17 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.35 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, iddaiçı iddia ərizəsinin məlumat hissəsində cavabdehin qeydiyyat ünvanını ünvan 1lə edilən sorğudan müəyyən edilir ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə ərizəni geri qaytararkən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının X2 vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 34.35 (otuz dörd manat, otuz beş qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 152.2, 152.3, 263,264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" ASC-nin X2 vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 34.35 (otuz dörd manat, otuz beş qəpik) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ……Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar