Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-132/2024 06.11.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi ilə. İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Mutar oğlu elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5000.00 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdeh Rüstəmli (Bayramlı) Coşqun Etibar oğlundan tutularaq, iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Mutar oğlu xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini baxılmamış saxlanılmasını haqqında qərarda çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Adı çəkilən məcəllənin 170.2-ci maddəsində göstərilir ki, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının X1 vasitəsi ilə xx.xx.2022-ci il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 70 (yetmiş) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-nin X1 vasitəsi ilə xx.xx.2022-ci il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 70 (yetmiş) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-132/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-132/2024
06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver