Məhkəmə qərarları › İş №e-2(088)-177/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-177/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-177/2025 06.11.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" KB ASC-nin hüquq şöbəsinin hüquqşunası Nümayəndə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9723.90 manat əsas borcu, 1710.96 manat faiz borcu və 82.29 manat cərimə borcu olmaqla cəmi 11517.15 manat pul borcu yaranmışdır. Ona görə də 124.56 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh ümumilikdə 11641.71 manat pulun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə yazılı icraat qaydasında baxılarkən, işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərək ərizəni və ödənilmiş dövlət rüsumunun geri qaytarılması xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə qiymət verərək belə hesab olunur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İddiaçı tərəfindən iddia ərizəsi “elektron məhkəmə informasiya sisteminə” yerləşdirildiyindən, sənədlərin geri qaytarılması mümkün hesab edilmir. Məhkəmə dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" KB ASC-nin X1 vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 124.56 (bir yüz iyirmi dörd manat, əlli altı qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" KB ASC-nin X1 vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 124.56 (bir yüz iyirmi dörd manat, əlli altı qəpik) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar