Məhkəmə qərarları › İş №e-2(088)-26/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-26/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-26/2023 07.04.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin nümayədəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5721.96 manat əsas borcu və 1025.68 manat faiz borcu olmaqla cəmi 6747.64 manat məbləğində pul borcunu və dövlət rüsumu kimi ödənilmiş 87.48 manat məbləğin cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 13 fevral 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş və həmin tarixdə məhkəmə hazırlıq iclasında tərəflər iştirak etmədiyindən təxirə salınaraq xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəməyə müraciət edildikdən sonra tələb olunan borc və məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfidən tam şəkildə bağlandığından mülki işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Adı çəkilən məcəllənin 170.2-ci maddəsində göstərilir ki, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Kapital Bank" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəməyə müraciət edildikdən sonra tələb olunan borc və məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən tam şəkildə bağlandığından mülki işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən Kapital Banka olan borcu tam ödənilərkən dövlət rüsumunu da ödəmişdir bu baxımdan cavabdehdən təkrarən dövlət rüsumu tutulub iddiaçıya qaytarıla bilməz. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar