Məhkəmə qərarları › İş №e-2(088)-30/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-30/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-30/2023 09.03.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" ASC-nin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə Sədərək Rayon Məhkəməsinə elektron iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli İK1010191 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3592.64 manat əsas borcu, 38.30 manat faiz borcu olmaqla ümumilikdə 3630.94 manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 56.31 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə yazılı icraat qaydasında baxılarkən, işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərək iddiadan imtina etdiyini bildirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə qiymət verərək belə hesab olunur ki, iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin X1 vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 56.31 (əlli altı manat, otuz bir qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" ASC-nin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC-nin X1 vasitəsi ilə ödənilmiş xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 56.31 (əlli altı manat, otuz bir qəpik) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar