Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-30/2024 14.10.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi ilə. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu elektron qaydada məhkəmədə iddia qaldıraraq, bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə xx.xx.2023-cü il tarixə cəmi 7020.60 manat, bundan 1603.56 manat əsas borcu, 1308.24 manat faiz borcu, 4016.63 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 92.18 manat faiz borcu və iş üzrə ödənilmiş 90.21 manat məbləğində dövlət rüsumu ilə ümumilikdə 7110.82 manat məbləğində pulun tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 13 dekabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmiş, həmin tarixdə iclas təxirə alınaraq xx.xx.2024-cü il tarixə təyin edilmiş, həmin tarixdə cavabdehin vəsatətinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixdə ekspert rəyi məhkəməyə göndərildiyindən mülki iş üzrə icraat təzələnərək məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, həmin tarixdə iddiaçının vəsatətinə əsasən təkarar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixdə ekspert rəyi məhkəməyə göndərildiyindən mülki iş üzrə icraat təzələnərək məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin, ona qoşma edilmiş sənədlərin və iddiaçı tərəfindən 90.21 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və onun nümayəndəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə heç bir məlumat (üzürlü-üzürsüz səbəbdən) verməmişlər. Ona görədə məhkəmə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 90.21 (doxsan manat, iyirmi bir qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r v e r d i: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsinə əlavə etdiyi sənədlər qərardad qanuni qüvvəyə mindikdən sonra özünə geri qaytarılsın İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 90.21 (doxsan manat, iyirmi bir qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra özünə geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-30/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-30/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver