Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-35/2023 02.03.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı ASC 02 mart 2023-cü il tarixdə Sədərək Rayon Məhkəməsinə elektron iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6499.66 manat əsas borcu və 795.17 manat faiz borcu olmaqla cəmi 7294.83 manat borcu və iş üzrə ödənilmiş 93 manat dövlət rüsumu ilə birlikdə cəmi 7387.83 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsini və tələbin girov predmeti olan ümumi çəkisi 91.2 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracda satılması, əmlakı satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı ASC-ə olan 7294.83 manat məbləğində borcun və 93 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Əlavə olaraq iddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli ********** dövlət rüsumunun ödənilməsi barədə qəbzdə və iddia ərizəsində dövlət rüsumunun ödənilməsi haqqında məlumatlara aid hissədə dövlət rüsumunun Laçın rayon Məhkəməsinə ödənilməsi göstərilmişdir. Buradan da belə nəticəyə gəlinir ki, işin Sədərək rayon Məhkəməsində baxılması üçün iddiaçı tərəfindən dövlət rüsumu müəyyən edilmiş qaydada düzgün ödənilməmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu da geri qaytarılmalıdır. Lakin, iddia ərizəsinə əlavə edilən xx.xx.2023-cü il tarixli ********** dövlət rüsumunun ödənilməsi barədə qəbzdə və elektron iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatlara aid hissəsində dövlət rüsumunun Laçın rayon Məhkəməsinə ödənilməsi göstərildiyi üçün dövlət rüsumu müəyyən edilmiş qaydada və düzgün ödənilməmişdir. Cavabdehlərdən biri Laçın rayonunda qeydiyyatda olduğundan iddiaçının gələcəkdə, Laçın rayon məhkəməsinə müraciət etmək hüququ olduğundan, məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1, 152.2, 152.3, 263,264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı ASC-nin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı ASC-nə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-35/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-35/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver