Məhkəmə qərarları › İş №e-2(088)-38/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-38/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-38/2024 17.05.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin, nümayəndəsi Nümayəndə1 elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 300 manat məbləğində kredit borcundan banka ödənilməmiş 91.52 manat əsas borcu, 27.29 manat faiz borcu olmaqla cəmi 118.81 manat, 2800 manat məbləğində kredit borcundan banka ödənilməmiş 2589.13 manat əsas borcu, 727.98 manat faiz borcu olmaqla cəmi 3317 manat borcu olmaqla ümumilikdə iki müqavilə üzrə 3435.92 manat kredit borcunun və ödənilmiş 54.36 manat dövlət rüsumunun habelə 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə "xxxx" ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********73 nömrəli kredit müaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit kartı verilmişdir. Bundan əlavə X3 ilə "xxxx" ASC-nin arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********82 nömrəli kredit müaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 2800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilələr ilə müəyyən edilmiş kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh tam hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.4 m2 olan fərdi yaşayış evindən ibarətdir. Cavabdeh X2 vərəsəsi kimi müəyyən edilməsinə baxmayaraq iddiaçı qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərsədə cavabdeh öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. Nəticədə maliyyə arayışlarına əsasən 14 dekabr 2023-cü il tarixə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 91.52 manat əsas borcu, 27.29 manat faiz borcu olmaqla cəmi 118.81 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2589.13 manat əsas borcu, 727.98 manat faiz borcu olmaqla cəmi 3317 manat borcu olmaqla ümumilikdə iki müqavilə üzrə X2 cəmi 3435.92 manat kredit borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 54.36 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini əsaslı hesab etmişdir. Əlavə olaraq iddiaçının nümayəndəsi Nümayəndə1 cavabdehin hazırda mövcud olan borcunun dəqiqləşdirilməsi üçün xx.xx.2024-cü il tarixində ərizə ünvanlayaraq Cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 300 manat məbləğində kredit borcu üzrə banka ödənilməmiş 91.52 manat əsas borcu, 31.57 manat faiz borcu olmaqla cəmi 123.09 manat, 2800 manat məbləğində kredit borcundan banka ödənilməmiş 2482.59 manat əsas borcu cəmi 2482.59 manat borcu olmaqla ümumilikdə hər iki kredit müqaviləsi üzrə 2605.68 manat kredit borcunun və ödənilmiş 54.36 manat dövlət rüsumunun habelə 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 11.03. 2024-cü il tarixli və 15.04. 2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron ərizələri ilə iddia tələblərini müdafiə edərək təyin edilmiş məhkəmə iclaslarını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş üzrə Cavabdeh məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********73 nömrəli kredit müaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit kartı və xx.xx.2022-ci il tarixli BPM**********82 nömrəli kredit müaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 2800 manat məbləğində kredit verilmişdir Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. X2 qanuni vəsərəsəsi Cavabdeh təyin edilmiş və o, miras əmlakdan tam hissədə pay almışdır. İddiaçı "xxxx" ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, X2 qanuni vərəsəsi olduğundan Cavabdeh güzəştli kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, cavabdeh X3 vəfat etdiyindən qanuni vərəsəsi Cavabdeh iddiaçı ilə bağlanılan xx.xx.2020-ci il tarixli BPM**********73 nömrəli və xx.xx.2022-ci il tarixli BPM**********82 nömrəli kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli müqavilə üzrə 91.52 manat əsas borcu, 31.57 manat faiz borcu olmaqla cəmi 123.09 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2482.59 manat əsas borcu cəmi 2482.59 manat borcu olmaqla ümumilikdə iki müqavilə üzrə cəmi 2605.68 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli BPM**********73 nömrəli və xx.xx.2022-ci il tarixli BPM**********82 nömrəli müqavilələrdən aydın olur ki, X3 içərisində 300 manat məbləğində pul olan tamkartı və 2800 manat məbləğində pulu qəbul etmişdir. Əlavə olaraq mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından, xx.xx.2024-cü il tarixli hesab üzrə çıxarışdan və xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nə iki müqavilə üzrə ümumilikdə 2605.68 manat borcu yaranmışdır. Mülki işə əlavə olunmuş "xxxx" ASC-nin 22 noyabr 2022-ci il tarixli 6-2-22/2- 32617/2023 saylı bildirişdən bir daha aydın olur ki, iş üzrə cavabdeh borcunun qaytarılması üçün vaxtında məlumatlandırılmışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, borcun tutulması barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Ona görə də xx.xx.2020-ci il tarixli müqavilə üzrə 91.52 manat əsas borcu, 31.57 manat faiz borcu olmaqla cəmi 123.09 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2482.59 manat əsas borcu cəmi 2482.59 manat borcu olmaqla ümumilikdə iki müqavilə üzrə cəmi 2605.68 manat Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54.36 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən və 0.40 qəpik bank xidməti haqqı olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə

Q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 91.52 manat əsas borcu, 31.57 manat faiz borcu olmaqla cəmi 123.09 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2482.59 manat əsas borcu cəmi 2482.59 manat borcu olmaqla ümumilikdə iki müqavilə üzrə cəmi 2605.68 (iki min alyı yüz beş manat, altmış səkkiz qəpik) manat Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54.36 (əlli dörd manat, otuz altı qəpik) manat və bank xidmət haqqı olan 0.40 qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" ASC-nin hesabına köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar