Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-44/2022 20.04.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı “İddiaçı ASC-nin Problemli Kreditlər Departamentinin direktoru X2 elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.02.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən 2852.47 manat əsas borcu, 360.70 manat faiz borcu olmaqla cəmi 3213.17 manat pul borcu yaranmışdır. Ona görə də 52.55 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 3265.72 manat pulun alınaraq İddiaçı ASCnin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 illik 21 faiz olmaqla 36 ay müddətinə ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilmişdir və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında 28.02.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh2 ilə 28.02.2020-ci il tarixli 1028221/19242 nömrəli zaminlik müqaviləsi bağlanmışdır, zaminlik müqaviləsinin şərtlərinə görə borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürsədə cavabdehlər kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu baradə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayındığını və hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 oğlunun İddiaçı ASC-nə 2852.47 manat əsas borcu, 360.70 manat faiz borcu olmaqla cəmi 3213.17 manat pul borcu yaranmışdır. Ona görə də 52.55 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 3265.72 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş 30.12.2019-cu il tarixli X1 Reyestri məlumatları haqqında çıxarışdan müəyyən olunur ki, İddiaçı ASC-nin borcu tələb etmək hüququ vardır. Məhkəmə 17 mart 2022-ci il tarixdə cavabdehlərə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdehlə bildirişi 18 mart 2022-ci il tarixdə rəsmi qaydada alsalarda, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdirlər. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28.02.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən, cavabdeh illik 21 faiz olmaqla 36 ay müddətinə pul ödəməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh1 iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onunla iddiaçı arasında bağlanmış 28.02.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən 2852.47 manat əsas borcu, 360.70 manat faiz borcu olmaqla cəmi 3213.17 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında bağlanmış 28.02.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi, 28.02.2020-ci il tarixli 1028221/19242 nömrəli zaminlik müqaviləsi, 28.02.2020-ci il tarixli ödəniş cədvəli, və 02.03.2022-ci il tarixli maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş 28.02.2020-ci il tarixli FJB**********941 nömrəli İddiaçı ASC-nin kassa məxaric orderindən aydın olur ki, cavabdeh 4450 manat pulu qəbul etmişdir. İddia ərizəsinə əlavə olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 21.06.2021-ci il tarixli 07/08-2100 nömrəli pretenziya (xəbərdarlıq) borcluların vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini sərtləsdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52.55 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh2 da 28.02.2020-ci il tarixli 1028221/19242 nömrəli zaminlik müqaviləsinə əsasən zamin olduğundan kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Buna görə də Cavabdeh1 və Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 358.0.3, 360 və 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 28.02.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 2852.47 manat əsas borcu, 360.70 manat faiz borcu olmaqla cəmi 3213.17 manat pul və 52.55 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 3265.72 ( üç min iki yüz altmış beş manat, yetmiş iki qəpik) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-44/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-44/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver