Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-49/2022 18.05.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin, nümayəndəsi Nümayəndə1 oğlu elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 24.08.2020-ci il tarixli BPM**********03 nömrəli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilmiş (nağd kredit) üzrə 1654.99 manat əsas borcu, 181.04 manat faiz borcu olmaqla cəmi 1836.03 manat pul və həmin müqavilənin 4.1.1.2-ci bəndinə əsasən verilmiş (kredit xətti) üzrə 109.87 manat əsas borcu, 16.43 manat faiz borcu olmaqla cəmi 126.30 manat pul ümumilikdə müqavilənin hər iki bəndinə əsasən 1962.33 manat pul borcu yaranmışdır. Ona görə də 39.62 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq "xxxx" ASC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında 24.08.2020-ci il tarixli BPM**********03 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1.1.1-ci bəndinə əsasən şərtlər annuitet ödəniş qrafikində müəyyən olmaqla cavabdehə 31 ay müddətinə illik 18 ay olmaqla 2000 manat məbləğində kredit verilmiş və vəsait cavabdeh tərəfindən məxaric orderi əsasında nağd şəkildə qəbul edilmişdir. Eyni zamanda müqavilənin 4.1.1.2-ci bəndinə əsasən bank kartını kredit limitinin təyin olunmasına dair razılaşma ilə müəyyən olmaqla cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır və istifadəsinə plastik kart təqdim edilmişdir. İddia ərizəsinə əlavə olunan hesabdan çıxarışdan da göründüyü kimi cavabdeh qeyd edilən kredit xəttindən istifadə etmişdir. Lakin, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtı-vaxtında tam icra etməmiş, hər iki kredit borcunun qaytarılmasına dair tərəflərindən rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliklər yerinə yetirilməmiş və 04.04.2022-ci il tarixə Cavabdeh "xxxx" ASC-nə tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilmiş (nağd kredit) üzrə 1654.99 manat əsas borcu, 181.04 manat faiz borcu olmaqla cəmi 1836.03 manat pul və həmin müqavilənin 4.1.1.2-ci bəndinə əsasən verilmiş (kredit xətti) üzrə 109.87 manat əsas borcu, 16.43 manat faiz borcu olmaqla cəmi 126.30 manat pul ümumilikdə müqavilənin hər iki bəndinə əsasən 1962.33 manat pul borcu yaranmışdır. Ona görə də 39.62 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 2001.95 manat pul Cavabdeh alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş 30.03.2022-ci il tarixli Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan müəyyən olunur ki, "xxxx" ASC-nin borcu tələb etmək hüququ vardır. Məhkəmə 18 aprel 2022-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 27 aprel 2022-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli BPM**********03 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1.1.1-ci bəndinə əsasən cavabdehə 31 ay müddətinə illik 18 ay olmaqla 2000 manat məbləğində nağd kredit verilmiş və vəsait cavabdeh tərəfindən məxaric orderi əsasında nağd şəkildə qəbul edilmişdir. Eyni zamanda müqavilənin 4.1.1.2-ci bəndinə əsasən bank kartını kredit limitinin təyin olunmasına dair razılaşma ilə cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh isə həmin bəndlər üzrə pulu ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onunla iddiaçı arasında bağlanmış 24.08.2020-ci il tarixli BPM**********03 nömrəli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilmiş (nağd kredit) üzrə 1654.99 manat əsas borcu, 181.04 manat faiz borcu olmaqla cəmi 1836.03 manat pul və həmin müqavilənin 4.1.1.2-ci bəndinə əsasən verilmiş (kredit xətti) üzrə 109.87 manat əsas borcu, 16.43 manat faiz borcu olmaqla cəmi 126.30 manat pul ümumilikdə müqavilənin hər iki bəndinə əsasən 1962.33 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında 24.08.2020-ci il tarixli BPM**********03 nömrəli tam kart çərçivə müqaviləsi və 05.04.2022-ci il tarixli və 04.04.2022-ci il tarixli maliyyə arayışları göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş 24.08.2020-ci il tarixli "xxxx" ASC-nin məxaric orderindən və bank kartının kredit limitinin təyin olunmasına dair razılaşmadan aydın olur ki, cavabdeh 1980 manat nağd pulu və içərisində 500 manat pul olan ******************** nömrəli kartı qəbul etmişdir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh göndərilmiş 19.01.2022-ci il tarixli 22- 656/2022 və 22-657/2022 nömrəli bildirişlər borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini sərtləsdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39.62 manat və bank xidmət haqqı olaraq ödənilmiş 0.40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 216-220-ci və 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 24.08.2020-ci il tarixli BPM**********03 nömrəli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilmiş (nağd kredit) üzrə 1654.99 manat əsas borcu, 181.04 manat faiz borcu olmaqla cəmi 1836.03 manat pul və həmin müqavilənin 4.1.1.2-ci bəndinə əsasən verilmiş (kredit xətti) üzrə 109.87 manat əsas borcu, 16.43 manat faiz borcu olmaqla cəmi 126.30 manat pul ümumilikdə müqavilənin hər iki bəndinə əsasən 1962.33 manat pul və 39.62 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı ilə ümumilikdə 2002.35( iki min iki manat, otuz beş qəpik) manat pul Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-49/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-49/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver