Məhkəmə qərarları › İş №e-2(088)-53/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-53/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-53/2022 27.05.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə. İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sədərək rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi Nümayəndə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09.12.2014-cü il tarixli 2035/14 nömrəli kredit müqaviləsinə əsasən 201.23 ABŞ dollar məbləğində əsas borcu, 60.71 ABŞ dollar məbləğində faiz borcu, 1247.80 ABŞ dollar məbləğində cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 32.28 ABŞ dollar məbləğində faiz olmaqla cəmi 1542.02 ABŞ dollar məbləğində borcunun və dövlət rüsumu kimi ödənilmiş 46.22 manat məbləğin cavabdehdən tutularaq LPO İddiaçı ASC-nin X1 Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmənin hazırlıq iclasında iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının iddia ərizəsi geri qaytarılmalıdır. Çünki o, məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçının X4 vasitəsi ilə ödənilmiş 26 aprel 2022ci il tarixli ********* saylı qəbzə əsasən ödədiyi 46.22 (qırx altı manat, iyirmi iki qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı X4 vasitəsi ilə ödənilmiş 26 aprel 2022-ci il tarixli ********* saylı qəbzə əsasən ödədiyi 46.22 (qırx altı manat, iyirmi iki qəpik) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar