Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-54/2022 13.10.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 4612 (dörd min altı yüz on iki) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektində idarə etdiyi “X6 minik” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 balansında olan (müəssisəyə məxsus) 2 ədəd “Mitaj tipli 2 çıraqlı işıq dirəyini, 4 ədəd 400 W işıqlandırıcı ”Philips” lampalarını, 2 ədəd işıq dirəyinin özül hissəsini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 9612 (doqquz min altı yüz on iki) manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən idarə edilən “X6 minik” markalı **-UL-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X2 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Göstərilənlərə əsaslanaraq, iddialarını qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisələrinə dəymiş 9612 (doqquz min altı yüz on iki ) manat məbləğində maddi ziyanın qalıq olaraq qalan 4612 (dörd min altı yüz on iki) manat hissəsi Cavabdeh tutularaq "xxxx" X3 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisələrinə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı "xxxx" X3 məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə rəsmi qaydada məlumat verilsədə, iddiaçı məhkəmə iclaslarına gəlməmiş yalnız nümayəndəsi Nümayəndə2 məhkəmə iclaslarına elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron ərizələr göndərərək, təyin edilmiş məhkəmə iclaslarında iştiraklarının mümkün olmayacağını, iddialarını müdafiə etdiklərini, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddialarının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. İş üzrə cavabdehə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, da məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını hər tərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Ona görə ki, iş materiallarına əlavə olan "xxxx" X4 tərəfindən tərtib edilmiş Sabunçu rayonu, Koroğlu metro stansiyasından hava limanına gedən avtomobil yolunda “Mercedes“ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin simetasının məzmunundan görünür ki, 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev Prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, həmin ərazidə quraşdırılmış, 2 ədəd “Mitaj” tipli iki buynuzlu H-14 minlik işıq dirəyinin dayaq hissəsini 5114 manat, 4 ədəd 400 W işıqlandırıcı “Philips” lampa 3492 manat, 2 ədəd İşıq dirəyinin özül hissəsinin bərpası 1006 manat, ümumilikdə dirəyin bərpasına 9612 manat məbləğində xərc sərf olunmuşdur. Lakin "xxxx" X4 tərəfindən tərtib edilmiş simetada işıq dirəklərinin köhnəlmə dərəcələri nəzərə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan, Yol- nəqliyyat hadisəsinin sxemindən və Cavabdeh 10 oktyabr 2021-ci il tarixli yazılı izahatından da görünür ki, yol nəqliyyat hadisəsi saat 05:20 radələrində Sabunçu rayonu, H.Əliyev prospektində Koroğlu metro stansiyasından Sabunçu istiqamətinə gedərkən baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 oktyabr 2021-ci il tarixli Cavabdeh yazılı izahatının məzmunundan görünür ki, cavabdeh saat 05:20 radələrində Koroğlu metro stansiyasından Sabunçu istiqamətində idarə etdiyi “X6“ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət zamanı qarşısına maneə çıxdığı üçün idarə etməni itirərək yolun kənarında olan işıq dirəyinə çırpılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən 10 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında Protokoldan və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. İş materiallaına əlavə olunmuş "xxxx" tərəfindən tərtib olunmuş PXA 96497 nömrəli sığorta aktından da məlum olur ki, 10 oktyabr 2021-ci il tarixdə baş vermiş hadisəyə görə “Mercedes“ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası olduğundan "xxxx" tərəfindən dəymiş ziyana görə 5000 (beş min) manat "xxxx" X3 ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamə» nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən idarə olunan “X6 minik “ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 balansında olan 2 ədəd “Mitaj” tipli iki buynuzlu H-14 minlik işıq dirəyinin dayaq hissəsinin köhnəlmə dərəcəsi nəzərə alınmaqla 5043 manat, 4 ədəd 400 W işıqlandırıcı “Philips” lampa 3440 manat, 2 ədəd İşıq dirəyinin özül hissəsinin bərpası 1006 manat, ümumilikdə dirəyin bərpasına 9489 manat məbləğində maddi ziyan vurulmuşdur. 10 oktyabr 2021-ci il tarixdə baş vermiş hadisəyə görə “Mercedes“ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası olduğundan, "xxxx" tərəfindən dəymiş ziyana görə 5000 (beş min) manat "xxxx" X3 ödənilmişdir. Mülki iş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2022-ci il tarixli 239 saylı rəyindən məlum olur ki, "xxxx" X3 məxsus olan 2 ədəd “Mitaj” tipli iki buynuzlu H-14 m-lik işıq dirəyinin köhnəlmə dərəcəsi nəzərə alınmaqla 10 oktyabr 2021-ci il tarixə dəyəri 5043.00 ( beş min qırx üç ) manat və 4 ədəd 400 W işiqlandırıcı “Philips” lampasının 10 oktyabr 2021-ci il tarixə dəyəri 3440.00 ( üç min dörd yüz qırx) manat müəyyən edilmiş və 2 ədəd “Mitaj” tipli iki buynuzlu H-14 m-lik işıq dirəyinin özül hissəsinin bərpası üçün 1006.00 ( bir min altı ) manat vəsait təşkil edir. Bu halda məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara, məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" X3 məxsus əmlaka vurulmuş maddi ziyanın 9489 manatının 5000 manatını "xxxx" tərəfindən ödənildiyindən qalıq olaraq qalan 4489 (dörd min dörd yüz səksən doqquz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə verilən iddia ilə əlaqədar dövlət rüsumunun ödənilməməsi məsələsinə də münasibət bildirərək belə nəticəyə gəlir ki, iddiaçı büdcə təşkilatı olduğundan dövlət rüsumu ödəməkdən azaddır. “X7” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X3 məxsus əmlaka vurulmuş maddi ziyanın qalıq olaraq qalan 4489 (dörd min dörd yüz səksən doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X2 xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №e-2(088)-54/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-54/2022
13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver