Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-56/2024 28.03.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 Rayon Məhkəməsinə elektron iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2397.54 manat əsas borc, 367.24 manat faiz borcu olmaqla cəmi 2764.78 manat borcun və 47.65 manat dövlət rüsumu məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə yazılı icraat qaydasında baxılarkən, işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, iddiaçının nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərək tərəflər arasında bağlanmış müqavilə üzrə qalan borcun ödənilməsi ilə cavabdehlə bağlı razılıq əldə edildiyindən ərizəni və ona əlavə olunmuş sənədlərin geri qaytarılması xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə qiymət verərək belə hesab olunur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin X5 vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 47.65 (qırx yeddi manat, altmış beş qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlərin hamısı iddiaçıya geri qaytarılsın. İddiaçı ASC-nin X5 vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 47.65 (otuz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-56/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-56/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver