Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-71/2024 09.08.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ X2 Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm qızının katibliyi ilə İddiaçı "Finca Azərbaycan" X1-Bank Kredit Təşkilatı (bundan sonra “Finca Azərbaycan" MM QBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Finca Azərbaycan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4457.00 AZN, faiz borcuna görə 924.52 AZN, cərimə borcuna görə 452.80 AZN cəmi 5834.32 AZN məbləğində borcun və 78.35 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “Finca Azərbaycan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-cü il tarixli **********0242 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6500 (altı min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 359 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 4457.00 AZN, faiz borcuna görə 924.52 AZN, cərimə borcuna görə 452.80 AZN, cəmi 5834.32 (beş min səkkiz yüz otuz dörd manat, otuz iki qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin, bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İş üzrə iddiaçı “Finca Azərbaycan" MM QBKT-nın nümayəndəsi Nümayəndə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək məhkəmə prosesində nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq, həmin işə onların iştirakı olmadan mahiyyəti üzrə baxıb qətnamə qəbul etməyinizi xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Sədərək Rayon Məhkəməsinin böyük məsləhətçisi İsmayılov Çingiz Məhərrəm oğlu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli telefonoqrama əsasən Cavabdeh1 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış və Cavabdeh1 hərbidən təxris olduğunu, yaşayış yerini dəyişdiyini, ona və qardaşı Cavabdeh2 qarşı qaldırılmış iddiadan və məhkəmə proseslərindən məlumatının olmasına baxmayaraq məhkəmə proseslərində maddi imkanı ilə əlaqədar iştirak edə bilmədiklərini, əgər məhkəmə prosesləri biraz uzadılarsa, ona hərbidən ödəniləcək son haqq hesabla bütün borcu bağlayacaqlarını bildirərək ona aid məhkəmə bildirişlərini yeni yaşadığı ünvana yəni ünvan 1ş 7, mənzil 6 ünvanına göndərilməsini xahiş etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- “Finca Azərbaycan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-cü il tarixli **********0242 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 29% hesablanmaqla, 24 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-cü il tarixli **********0242 saylı kredit müqaviləsinin 8-ci bəndində olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 359 manat, son ödəmə tarixi olan xx.xx.2024-cü ildə isə 356 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-cü il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, “Finca Azərbaycan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-cü il tarixli **********0242 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh1 ilə “Finca Azərbaycan” MM QBKT arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalan Cavabdeh2 bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək kredit alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2022-cü il tarixli **********0242 saylı kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. xx.xx.2022-cü il tarixli **********0242 saylı kredit müqaviləsinin 6.1 və 6.1.1-ci bəndinə əsasən kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli mədaxil aktından görünür ki, “Finca Azərbaycan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-cü il tarixli **********0242 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaiti Cavabdeh2 üzərində “Fincard” adı qeyd edilmiş **********203659 saylı kredit kartında ona təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli fincard kredit vermə qəbzindən görünür ki, 214.50 manat komisyon haqqı tutulmaqla 6285.50 manat məbləğində vəsait Cavabdeh2 verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 ilə “Finca Azərbaycan” MM QBKT arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0242 nömrəli müqavilə üzrə həmin tarixə Cavabdeh2 banka 4457 manat əsas, 924.52 manat faiz, 452.80 manat cərimə borcu olmaqla ümumilikdə 5834.32 manat borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixədək əsas, faiz və cərimə borcu üzrə cəmi 3395 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən “Finca Azərbaycan” MM QBKT tərəfindən 78.35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxslər hazırki iş üzrə Cavabdeh2 xx.xx.2022-cü il tarixli **********0242 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək “Finca Azərbaycan” MM QBKT-na ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, müqavilə üzrə əsas və faiz borcdan xx.xx.2024cü il tarixə 5026 manat ödəməli olduğu halda, kredit müqaviləsi üzrə maliyyə arayışına əsasən əsas və faiz borc üzrə cəmi 3395 manat ödəniş etmiş, bununla da “Finca Azərbaycan” MM QBKT-na iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə 4457 manat əsas, 924.52 manat faiz, 452.80 manat cərimə borcu olmaqla ümumilikdə 5834.32 manat borcu yaranmış və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq və eləcə də Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2022-cü il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından iddiaçı “Finca Azərbaycan” MM QBKT-nın cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı 15 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehdən 4457 manat əsas borcuna münasibətdə 452.80 manat cərimə tələb etmişdir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 452.80 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləği azaldırılaraq 220 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-cü il tarixli **********0242 nömrəli kredit müqaviləsindən yaranmış 4457 manat əsas, 924.52 manat faiz, 220 manat cərimə borcu olmaqla ümumilikdə 5601.52 manat məbləğində borc “Finca Azərbaycan” MM QBKT-nın xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 78.35 manat dövlət rüsumunun 75.22 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. “Finca Azərbaycan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-cü il tarixli **********0242 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4457 manat əsas, 924.52 manat faiz, 220 manat cərimə borcu olmaqla ümumilikdə 5601.52 manat borc və 75.22 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 5676.74 (beş min altı yüz yetmiş altı manat, yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Finca Azərbaycan” MM QBKT-nın xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(088)-71/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-71/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver