Məhkəmə qərarları › İş №e-2(088)-81/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-81/2023

16.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-81/2023 16.10.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 250 manat 47 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 430.87 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli TR 066 saylı teleradio yayımı üçün lisenziyalar alınmış, bu məqsədlə "xxxx" MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış evı qeyri-yaşayış sahələrinə kabel xətləri çəkildiyini, lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulduğunu, bu qanunsuzluqların qarşısını almaq məqsədi ilə "xxxx" MMC ilə “Ədalət A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquq xidmətlərinin göstərilməsinə dair müqavilələr imzalanmış, 118 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuş, belə ki, xx.xx.2008-ci il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2018-ci il tarixinədək etmiş və xx.xx.2018-ci il tarixdə borcsuz şəbəkədən ayrılmış, xx.xx.2021-ci il tarixdə “Ədalət A” hüquq firması və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvana baxış keçirilən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 8387 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmış, 8387 N saylı akt tərtib edilərkən həmin ünvanda yerləşən mənzilə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə baxış keçirilmiş, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat olmuş, sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2019-cu il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2021-ci il tarixə qədər olan müddət 759 gün təşkil etmiş, bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablanmaq şərti ilə müvafiq müqavilə bağlanmadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya 250.47 manat maddi zərər vurmuş, bundan əlavə "xxxx" MMC-nin “Ədalət A” hüquq firması ilə bağlanmış hüquq xidmətlərinin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsinə və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödənildiyini bildirərək iddiaçıya dəymiş zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nə məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə rəsmi qaydada məlumat verilsədə, iddiaçı məhkəmə iclaslarına gəlməmiş yalnız nümayəndəsi Nümayəndə məhkəmə iclaslarına elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron ərizələr göndərərək, təyin edilmiş məhkəmə iclaslarında üzürlü səbədən iştiraklarının mümkün olmayacağını, iddialarını müdafiə etdiklərini, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddialarının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş cavabdehin məhkəmə iclasında iştirak etmədiyi və iştirak etməsi mümkün olmadığı təqdirdə həmin mülki işə qiyabi icraat qaydasında baxılmasına etira etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. İş üzrə cavabdehə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, həqiqətən 2018-ci ilə kimi "xxxx" MMC-lə müqavilə bağlayaraq “K@TV1” xidmətlərindən istifadə etdiyini, 2018-ci ildən sonra həmin xidmətdən ayrıldığını sadəcə olaraq kabel xəttinin qaldığını, mənzilinə inteq antenanası quraşdırıldığı üçün “K@TV1” xidmətindən istifadə etmədiyini, həmin mənzildə daimi yaşamadığı üçün 2021-ci ildə akt tərtib olunduğu tarixdə evdə olmadıqlarını, bu baxımdan həmin aktdan xəbəri olmadığını, bir dəfə həmin akt barədə xəbərdar edildiyini, lakin nəvəsi ağır xəstə olduğu üçün vaxt tapıb həmin işlə məşğul ola bilmədiyini, həmin aktda onun imzasının olmamasının və əlavə olaraq qonşularınında imzasının həmin akta olmamasının həmin aktın saxta olmasından xəbər verməsini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hər tərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. Ona görə ki, iş materiallarına əlavə olan arayışdan və "xxxx" MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktdan görünür ki, Kərimov X2 5 saylı evin 4 nömrəli mənzilində yaşayır həmin mənzilin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 8387 N nömrəli "xxxx" MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktdan da görünür ki, həqiqətən xx.xx.2021-ci il tarixdı Xətai rayon Neapol 5 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 4 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 2240 nömrəli arayışdan görünür ki, Kərimov X2 5 saylı evin 4 nömrəli mənzilində yaşayır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, "xxxx" MMC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixdə bu ünvan KATV1 kabel televiziyası şəbəkəsinə qoşulub, xx.xx.2018-ci il tarixədək isə son ödəməsini edib. xx.xx.2018-ci il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. İş materiallaına əlavə olunmuş Paşa Bank ASC-nin ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" MMC tərəfində hüquqi yardımın göstərilməsi və nəzarəti üçün 150 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə» nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuşdur. Belə ki, cavabdehin öz izahatından da bir daha müəyyən olunur ki, şəbəkədən ayrılması üçün müraciət etsədə köhnə kabel yerində olmuşdur. Cavabdeh iddianın əsassız olduğunu qeyd etsədə bunula bağlı etirazının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Bu halda məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara, məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 250.47 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat maddi ziyanın, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 430.87 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 250.47 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat maddi ziyanın, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 430.87 (dörd yüz otuz manat səksən yeddi qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar