Məhkəmə qərarları › İş №e-2(088)-84/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-84/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-84/2023 04.08.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Sədərək Rayon Məhkəməsinə elektron iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli KT2204/07 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə olan 583.35 manat əsas borc, 15.67 manat faiz borcu olmaqla cəmi 599.02 manat borcun və 30 manat dövlət rüsumu məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə yazılı icraat qaydasında baxılarkən, işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə qiymət verərək belə hesab olunur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin X2 vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC-nin X2 vasitəsi ilə ödənilmiş xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar