Məhkəmə qərarları › İş №e-2(088)-91/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-91/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-91/2022 17.11.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsamyılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1000 manat əsas borc məbləğinin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçını iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 40 saylı Notariat ofisində kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən cavabdehə 2 ay müddətinə 1000 manat məbləğində pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh aldığı borc məbləğini xx.xx.2022-ci il tarixədək qaytarmalı olduğunu lakin, həmin müddətin bitməsinə baxmayaraq cavabdeh aldığı pulu qaytarmamış, dəfələrlə cavabdehə borc məbləğinin qaytarılması ilə bağlı şifahi müraciətlər etməsinə baxayaraq həmin borcu qaytarmamış, rəsmi pretenziya qaydasında cavabdehə məktub göndərilmiş lakin, cavabdeh həmin ünvanda yaşamadığı üçün pretenziya məktubu geri qaytarılmış, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1000 manat borc pul almış həmin kredit müqaviləsi ilə müəyyənləşdirilmiş vaxt ərzində qaytarmamışdır. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı xeyrinə 1000 manat pul borcunun tutulması barədə qətnamə qəbul edilməsini və 31 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə iddiaçı məhkəmə iclaslarına gəlməmiş lakin, İddiaçı xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizələr göndərərək, mülki iş üzrə məhkəmə iclaslarında üzürlü səbəblərdə iştirak edə bilməyəcəyini, mülki iş üzrə bütün məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o,heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsində göstərilən müddəalara əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5.-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı tərəfindən 2 ay müddətinə 1000 manat məbləğində borc verilmişdir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq borcunun ödənilməsini müəyyən olunmuş vaxtda ödəməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə hazırki vaxtadək onun iddiaçı qarşısında 1000 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən “borc alan” yəni iş üzrə cavabdeh xx.xx.2022-ci il tarixinədək “Borc verənə” yəni iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə olaraq mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən məlum olur ki, Cavabdeh İddiaçı kredit müqaviləsi üzrə 1000 manat pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş Cavabdeh göndərilmiş xəbərdarlıq cavabdehin vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, borcun tutulması barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ona görə də xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1000 manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Eyni zamanda iddiaçının dövlət rüsumuna münasibətdə 31 manat tələb etməsi, işin faktiki halları ilə əlaqədar araşdırılarkən məlum olur ki, xx.xx.2022-ci il tarixli ********* saylı qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu ödədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən Cavabdeh 30.40 manat alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının iddia ərizəsinin verilməsinə görə 31 manat dövlət rüsumu ödəməsi tələbi işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. Ona görə də iddiaçının iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumuna münasibətdə tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1000 (bir min) manat Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumuna münasibətdə qalan tələb (altmış qəpik) rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar