Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-95/2023 12.09.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Sədərək Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli İK1005953 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə olan 2610.42 manat əsas borc, 68.62 manat faiz borcu olmaqla cəmi 2679.04 manat borcun və 46.79 manat dövlət rüsumu məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şərur filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK1005953 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 17 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kredit verildiyini, Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üç tərəfli xx.xx.2021-ci il tarixli İK1005953/24701 nömrəli zaminlik müqaviləsi bağlandığını, borcalan bank tərəfindən verilmiş kredit müqaviləsinin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğundan borcalanla dəfələrlə telefonla əlaqə saxlanmış, borcalan və zaminə xəbərdarlıq məktubu ünvanlanaraq borc məbləği dəqiq göstərilərək icrasının tələb edildiyini bildirmiş və nəticədə xx.xx.2021-ci il tarixli İK1005953 nömrəli kredit müqaviləsinə əsasən 2610.42 manat əsas borc, 68.62 manat faiz borcu olmaqla cəmi 2679.04 manat məbləğində pul borcu yaranmışdır. Ona görə də 46.79 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 2725.83 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb "xxxx" ASCnin, xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə 02 avqust 2023-cü il tarixdə cavabdehlərə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etmələri barədə qeydiyyatda olduqları ünvana bildiriş göndərmişdir. Lakin, Cavabdeh1 bildirişi 05 avqust 2023-cü il tarixdə və Cavabdeh2 bildirişi 08 avqust 2023-cü il tarixdə qəbul etsələrdə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdirlər. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli İK1005953 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh illik 17 faiz olmaqla 36 ay müddətində 5000 manat məbləğində pulu və ona hesablanmış faizlərin banka tam ödəməsini öhdəsinə götürmüşdür. Həmin müqavilədə cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və cərimə faizlərini tələb etmək hüququ nəzərdə tutulmuşdur. İş materiallarında olan Kredit Müqaviləsinin 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə üzərinə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. İş materiallarında olan Kredit Müqaviləsinin 8.2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirənədək qüvvədə qalır İş materiallarında olan Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixli İK1005953 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəliyi yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 həmin tarixə "xxxx" ASC-nə olan borcu xx.xx.2021-ci il tarixli İK1005953 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 172/001 nömrəli və xəbərdarlıqlardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli xx/xx-1463 nömrəli bank lisenziyasından görünür ki "xxxx" ASC-nin borcu tələb etmək hüquq vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-ci maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.79 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 və Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli İK1005953 nömrəli kredit müqaviləsi üzrə 2610.42 manat əsas borc, 68.62 manat faiz borcu olmaqla cəmi 2679.04 manat pul və 46.79 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 2725.83 (iki min yeddi yüz iyirmi beş manat, səksən üç qəpik) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-95/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-95/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver