Məhkəmə qərarları › İş №e-2(088)-99/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-99/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-99/2024 10.09.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin, nümayəndəsi Nümayəndə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4631.78 manat əsas borcu, 950.84 manat faiz borcu və 93.62 manat cərimə olmaqla cəmi 5676.24 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76.77 manat məbləğində pulun Cavabdeh, tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28,75% ödəmək şərtilə 4900 manat məbləğində kredit xətti açılmış, ümumi Oferta Müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmiş, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 2 iyul 2024, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 4631,78 AZN əsas, 950,84 AZN faiz, 93,62 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5676,24 AZN borcu yaranmışdır. Məhkəmə iddiaçıya və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə iddiaçı məhkəmə iclaslarına gəlməmiş lakin, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərində məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarını onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Lakin, 26 avqust 2024-cü il tarixdə Sədərək rayon Məkəməsinin məsləhətçisi X1 cavabdehə məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, Cavabdeh hazırda işdən çıxarılmağını, ona qarşı qaldırılmış iddiadan və məhkəmə proseslərindən məlumatının olmasına baxmayaraq məhkəmə proseslərində maddi imkanı ilə əlaqədar iştirak edə bilmədiyini, əgər müvafiq qərar çıxarılıb icraya yönəldilərsə borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsindən çıxarışdan görünür ki "xxxx" ASC-nin borcu tələb etmək hüquq vardır. Bu baxımdan məhkəmə belə hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28,75% ödəmək şərtilə 4900 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı "xxxx" ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh, "xxxx" ASC-nin internet səhifəsinə yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21saylı ümumi ofertası ilə tanış olmuş, bütün şərtlərinə razı olmüş və bütün öhdəliklərini vaxtı-vatında, düzgün, qeyd-şərtsiz yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə olunmuş SMS xəbərdalıq barədə çıxarışdan görünür ki, iddiaçı "xxxx" ASC sms vasitəsi ilə cavabdehə xx.xx.2025-ci il tarixədək, illik 28.75%-lə 4900 AZN nağd kredit (komissiya 250 AZN, aylıq ödəniş 205 AZN) təklif etmiş, Cavabdeh isə həmin şərtlər ilə razılaşaraq krediti qəbul etmiş, nəticədə tərəflər arasında 12074nkNFTb/23 saylı kredit müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş ümumi Oferta Müqaviləsinin 16.7-ci bəndinə əsasən “Bank”, “Müştəri”nin Bankda qeydiyyatda olan mobil nömrəsinə daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin bu şərtlərin və kreditin ödəniş gününün dəyişdirilməsi barədə SMS göndərir. Bu məlumatlar “Müştəri”nin Banka bildirdiyi elektron poçt ünvanına, həmçinin mobil bankçılıq vasitəsilə və ya digər formada da müştəriyə göndərilə bilər. Həmin müqavilənin 16.7.1-ci bəndinə əsasən müştəriyə göndərilmiş SMS-dən sonra razılıq bildirən cavab SMS-i (məlumatlar elektron poçt adresi və ya digər formada göndərildiyi halda müvafiq qaydada cavablandırma) tələb olunmur. Bu müqaviləni imzalamaqla Müştəri bütün şərtləri qəbul etmiş sayılır. Müştəri kart vasitəsilə kredit xəttindən istifadə etdiyi təqdirdə üzərinə öhdəlik götürmüş sayılır. Kredit xəttindən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz. Həmin müqavilənin 16.7.2-ci bəndinə əsasən borcalan müqaviləyə dəyişiklik və əlavə barədə öz təkliflərini Bankın məlumat mərkəzinə bildirə bilər. Bank tərəfindən Borcalanın əlavə və dəyişikliklərə dair təklifinə baxılaraq Borcalana onun müraciəti daxil olduğu vaxtdan üç iş günü ərzində müvafiq qaydada məlumat verilir. Həmin müddətdə Bank tərəfindən Borcalanın müraciətinə dair ona məlumat verilməməsi Bankın Borcalanın təklifi ilə razılaşmaması hesab olunur. X3 təklifi ilə razılaşarsa bu zaman bu Müqavilənin kreditlə bağlı bəndlərinə əlavə və ya dəyişiklik fiziki imza, gücləndirilmiş elektron imza ilə və ya bu oferta ilə müəyyən olunmuş imzanın digər analoqu ilə imzalanmaqla təsdiq edilir. Həmin müqavilənin 20.7-ci bəndinə əsasən “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği və hesablanmış cərimə (olduğu təqdirdə) ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər. 18.1-ci bəndinə əsasən “Müştəri” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya “Müştəri” tərəfindən “Bank”ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Müştəri” özünün fəaliyyəti, iqtisadimaliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülkihüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda “Bank” kreditin, o cümlədən faizlərin və hesablanmış cərimənin dərhal qaytarılmasını tələb etməklə yanaşı, “Müştəri”yə qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022-cü il tarixli ərizəsi ilə kredit müqaviləsində (ümumi oferta) göstərilənlərlə razılaşdığını, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli (Ümumi Oferta) kredit müqaviləsinə əsasən 4631.78 manat əsas borcu, 950.84 manat faiz borcu və 93.62 manat cərimə olmaqla cəmi 5676.24 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesab üzrə çıxarışdan aydın olur ki, cavabdeh 4900 manat məbləğində kredit götürmüşdür. Əlavə olaraq mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da məlum olur ki, Cavabdeh həmin tarixə "xxxx" ASC-nə 4631.78 manat əsas borcu, 950.84 manat faiz borcu və 93.62 manat cərimə olmaqla cəmi 5676.24 manat borcu yaranmışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, borcun tutulması barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Ona görə də cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsi üzrə 4631.78 manat əsas borcu, 950.84 manat faiz borcu və 93.62 manat cərimə olmaqla cəmi 5676.24 manat pul Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76.77 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsi üzrə 4631.78 manat əsas borcu, 950.84 manat faiz borcu və 93.62 manat cərimə olmaqla cəmi 5676.24 (beş min altı yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76.77 (yetmiş altı manat, yetmiş yeddi qəpik) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar