Məhkəmə qərarları › İş №e-2(089)-116/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-116/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-116/2023 14.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə baxaraq müəyyən etdim İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi E.Ələkbərov məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 9662.16 manat kredit borcu 116.62 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, Kapital Bank ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi E.Ələkbərov 30 mart 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi E.Ələkbərov ərizəsini onunla əsaslandırmışdır ki, kredit borcunu və ödənilmiş dövlət rüsumu Cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh O.Həbibadəyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsinin ərizəsindən müəyyən edilmişdir ki, kredit borcu Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddiaçının numayəndəsı iddia ərizəsinin və sənədlərin geri qaytarılması, iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Kapital Bank ASC-nin -yə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar