Məhkəmə qərarları › İş №e-2(089)-130/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-130/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-130/2022 21.07.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx" QBKT MMM-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" QBKT MMM məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 09 fevral 2015-ci il tarixli, **********03922 saylı müqavilə üzrə 874.91 ABŞ dolları əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 35 manat məbləğində pulun "xxxx" QBKT MMM-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QBKT MMM-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə "xxxx" QBKT MMM arasında 09 fevral 2015-ci il tarixli, **********03922 saylı kredit müqaviləsi imzalanmış, Cavabdeh2 "xxxx" QBKT MMM tərəfindən istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 12 ay müddətinə, illik 26% dərəcəsi ödəmək şərtilə, 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin Cavabdeh2 müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. 09 fevral 2015-ci il tarixli, **********03922 saylı kredit müqaviləsinə əsasən 02 iyun 2022-ci il tarixinə Cavabdeh2 banka 874.91 ABŞ dolları əsas borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən "xxxx" QBKT MMM-nin tələbinin sübuta yetdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər yekun məhkəmə qərarının çıxarılması üçün kifayətdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, "xxxx" QBKT MMM və Cavabdeh2 arasında 02 fevral 2015-ci il tarixli, **********03922 saylı kredit müqaviləsi imzalanmış, Cavabdeh2 "xxxx" QBKT MMM-dən 12 ay müddətinə 4500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş 02 fevral 2015-ci il tarixli, **********03922 saylı müqavilə ilə müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq "xxxx" QBKT MMM və Cavabdeh1 arasında Zaminlik müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit veran kredit alana sonuncunun biznes məqsədləri va həyat səviyyəsinin yaxşılaşdırılması üçün 12 ay müddətinə 4500 ABŞ dolları məbləğində pul vəsaitini vermiş, Kredit alan isə verilmiuş kredit, o cümlədən krditə hesablanmış faizləri, digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam yerinə yetirməyi, zamin isə kredit alan tərəfindən müqavilə öhdərliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, bunun üçün 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndində tövsiyə olunmuşdur ki, ”Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir”. Odur ki, cavabdehlərdən tutulacaq 874.91 ABŞ dolları məbləğində borc məhkəmə qətnaməsi icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5- 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 "xxxx" QBKT MMM-nin xeyrinə 874.91 ABŞ dolları məbləğinə borc və 35 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. 874.91 ABŞ dolları məbləğində pul məhkəmə qətnaməsi icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar