Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-131/2023 05.05.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 30 sentyabr 2021-ci il tarixli Kart Krediti müqaviləsi üzrə 500 manat əsas borc, 148.26 manat faiz borcu, 16 fevral 2022-ci il tarixli Kredit müqaviləsi üzrə 13272.09 manat əsas borc, 1784.99 manat faiz borcu, 137.12 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Kapital Bank” ASC və Cavabdeh arasında bağlanmış 30 sentyabr 2021-cı il tarixli Kart Krediti müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 500 manat kredit xətti ayrılmış, 16 fevral 2022-cı il tarixli Kredit müqaviləsinə əsasən isə illik 17 faiz dərəcəsi ilə 14600 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASCyə 30 sentyabr 2021-cı il tarixli Kart Krediti müqaviləsinə əsasən 500 manat əsas, 148.26 manat faiz borcu, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 13272.09 manat əsas, 1784.99 manat faiz borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, sübutların məhkəməyə təqdim edildiyini bildirmiş, nümayəndənin iştirakı olmadan mülki işə baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi K.Qulamova iştirak etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X3 iddianı etiraf etdiyini, iddianı qəbul etdiyini, cavabdehin maddi imkanı olmadığınıdan kredit borcunu ödəyə bilmədiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli Kart Krediti müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 25 % dərəcəsi ilə 500 manat kredit xətti ayrılmış, 16 fevral 2022-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən ona illik 17 % dərəcəsi ilə 35 ay müddətinə 14600 manat məbləğində istehlak krediti verilmişdir. 30 sentyabr 2021-ci il tarixli, 211TT**********1211 nömrəli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh bir ədəd plastik kart verilmiş, 16 fevral 2022-ci il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, 14600 manat Ə.X5 ASC-in Nizami filialı tərəfindən nəğd olaraq verilmişdir. 10 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 03 fevral 2023-cü il tarixə Cavabdeh 30 sentyabr 2021-ci il tarixli Kart Krediti müqaviləsinə əsasən 500 manat əsas, 148.26 manat faiz borcu, 16 fevral 2022-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 13272.09 manat əsas borcu, 1784.99 manat faiz borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Cavabdeh nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 29 aprel 2023-cü il tarixli, AR-İİ 835427 nömrəli etibarnamədən müəyyən edilir ki, X2 iddia tələblərini bütünlüklə və qismən etiraf etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30 sentyabr 2021-ci il tarixli Kart Krediti müqaviləsi üzrə 500 manat əsas borc, 148.26 manat faiz borcu, 16 fevral 2022-ci il tarixli Kredit müqaviləsi üzrə 13272.09 manat əsas borc, 1784.99 manat faiz borcu alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 137.12 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə , qət etdi: İddia təmin edilsin. Cavabdeh 30 sentyabr 2021-ci il tarixli Kart Krediti müqaviləsi üzrə 500 manat əsas, 148.26 manat faiz borcu, 16 fevral 2022-ci il tarixli Kredit müqaviləsi üzrə 13272.09 manat əsas borcu, 1784.99 manat faiz borcu, cəmi 15705.34 manat borc və 137.12 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-131/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-131/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver