Məhkəmə qərarları › İş №e-2(089)-182/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-182/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-182/2024 07.06.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı Accessbank ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Accessbank ASC cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Accessbank ASC -nin nümayəndəsi Nümayəndə1 07 iyun 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdeh X2 məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclası cavabdehin iştirakı olmadan keçirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, belə nəticəyə gəlir ki, ərizə nəzərə alınmalı, iddiaçı Accessbank ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1, 170.2 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 115.17 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Accessbank ASC -nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. 01 fevral 2024-cü il tarixdə, 51956730 nömrəli çeklə ödənilmiş 115.17 manat dövlət rüsumu Accessbank ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov v

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar