Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-184/2023 12.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi İddiaçı ASC-i məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 15 iyul 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 2010.33 manat əsas borcun və 40.51 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-in nümayəndəsi H.Cavadov iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə İddiaçı ASC-i arasında 15 iyul 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi imzalanmış, H.Behbudova İddiaçı ASC-i tərəfindən (şəxsi) istehlak məqsədləri üçün 24 ay müddətinə, nağd şəkildə istifadə olunmaqla, 3800 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 15 iyul 2021-ci il tarixli, 1045672/23571 saylı Zaminlik Müqaviləsinə əsasən X1 qarşısında öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Lakin cavabdeh H.Behbudov müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. 15 iyul 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 12 may 2023-cü il tarixinə H.Behbudovun banka 2010.33 manat əsas borcu vardır. İş materiallarına əlavə olunmuş AZ-İ №871323 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 may 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdiyimiz məlumata əsasən X2 vəfatından sonra Culfa Rayon Notariat ofisində vərəsəlik işi açılmışdır. Bankın xx.xx.2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq bildirlmişdir ki, xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmış və X2 vərəsəsi Culfa rayonunun Kırna kəndində qeydiyyatında olan X3r. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmuş, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər borcun qaytaraılması üçün heç bir təşəbbüs göstərməmişlər. Cavabdehlərə göndərilmiş xəbərdarlq da cavabsız qalmışdır. Hazırda Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc 2010.33 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı ASC-in tələbinin sübuta yetdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər yekun məhkəmə qərarının çıxarılması üçün kifayətdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC və cavabdeh X5 arasında 15 iyul 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi imzalanmış, H.Behbudova İddiaçı ASC-i tərəfindən (şəxsi) istehlak məqsədləri üçün 24 ay müddətinə, nağd şəkildə istifadə olunmaqla, 3800 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 15 iyul 2021-ci il tarixli, 1045672/23571 saylı Zaminlik Müqaviləsinə əsasən X1 qarşısında öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh1 ona zamin durmuşdur. Cavabdeh H.Behbudov müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmiş, banka 2010.33 manat əsas borcu vardır. İş materiallarına əlavə olunmuş AZ-İ №871323 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 19 may 2022-ci il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 27 may 2022-ci il tarixdə 88 nömrə ilə qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X2 vəfatından sonra Culfa Rayon Notariat ofisində vərəsəlik işi açılmış, X2 vərəsəsi Culfa rayonunun Kırna kəndində qeydiyyatında olan X3r. Borcun ödənilməsi üçün Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada müraciət olunmuş, lakin heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ASC-nin Cavabdeh2 borc tələbi ilə bağlı bildirirəm ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Göstərilənlərdən belə nəticəyə gəlirəm ki, mirası qəbul edən vərəsənin ölmüş borclunun kreditoru qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşdığından, verilmiş vərəsəlik şəhadətnaməsi üzrə miras əmlak 1949.49 manat məbləğindən ibarət olduğundan, borc məbləği olan 2010.33 manatın 1949.49 manat hissəsi Cavabdeh2, 60.84 manat hissəsi Cavabdeh1 alınıb Azər-Türk Bank” ASC-in xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 40.51 manat dövlət rüsumunun 39.28 manat hissəsi Cavabdeh2, 1.23 manat hissəsi Cavabdeh1 qızndan iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5- 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi İddia təmin edilsin. Cavabdeh2 1949.49 manat, Cavabdeh1 60.84 manat, ümumilikdə 2010.33 manat məbləğində borc alınıb İddiaçı ASC-in xeyrinə ödənilməlidir. Ödənilmiş 40.51 manat dövlət rüsumunun 39.28 manat hissəsi Cavabdeh2, 1.23 manat hissəsi Cavabdeh1 alınıb İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X4 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-184/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-184/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver