Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-185/2023 21.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi-vəkili X3 və Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 98500 manat borcun, əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş cərimənin və 386 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında yaranmış borc münasibətlərinə dair 21 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, Cavabdeh 150000 manat məbləğində borc vermiş, müqavilənin 2-ci bəndinə əsasən, Cavabdeh borcu xx.xx.2016-cı il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Aralarında bağlanılmış müqavilə üzrə borc öhdəliyi cavabdeh tərəfindən 2016-cı ilin oktyabr ayının 21-dək icra ediləcəyi müqavilədə qeyd edilmiş, lakin bu günə kimi borc öhdəliyinin bir hissəsi icra edilsə də, digər hissəsinin ödənilməsindən 2023-cü fevral ayından birmənalı şəkildə imtina edilmişdir. Cavabdeh tərəfindən 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat borc məbləğindən 2016-cı ilin oktyabr ayının 9-da 13600 (on üç min altı yüz) manat, 2016-cı ilin dekabr ayının 12-də 2500 (iki min beş yüz) manat, 2017-ci ilin yanvar ayının 14-də 2500 (iki min beş yüz) manat, 2017- ci ilin may ayının 15-də 1500 (bir min beş yüz) manat, 2017-cı ilin oktyabr ayının 8-də 3000 (üç min) manat, 2018-cı ilin yanvar ayının 13-də 6000 (altı min) manat, 2018-cı ilin fevral ayının 24-də 3000 (üç min) manat, 2018-cı ilin aprel ayının 10-da 2200 (iki min iki yüz) manat, 2018-cı ilin aprel ayının 25-də 1200 (bir min iki yüz) manat, 2018-cı ilin may ayının 03-də 600 (altı yüz) manat, 2018-cı ilin iyun ayının 8-də 400 (dörd yüz) manat, 2018-cı ilin oktyabr ayının 11-də 3000 (üç min) manat, 2019-cu ilin yanvar ayının 4-də 1000 (bir min) manat, 2019-cı ilin fevral ayının 17-də 1000 (bir min) manat, 2022-cı ilin aprel ayının 6-da 3000 (üç min) manat, 2022-cı ilin may ayının 19-da 1000 (bir min) manat, 2022-cı ilin iyun ayının 15-də 2000 (iki min) manat, 2022-ci ilin oktyabr ayının 8-də 2000 (iki min) manat, 2023-cü ilin yanvar ayının 18-də 2000 (iki min) manat ona qaytarılmışdır. 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat borc məbləğindən bu günə kimi cavabdeh tərəfindən nağd və köçürmə qaydasında 51500 (əlli bir min beş yüz) manat pul vəsaiti ona qaytanlmış, hazırda sözügedən borc üzrə cavabdehin 98500 (doxsan səkkiz min beş yüz) manat ödənilməmiş borcu mövcuddur. Cavabdehə borcun tam şəkildə ödənilməsinə bu zamana kimi vaxt verməsinin səbəbi onun maddi vəziyyətinin yaxşı olmaması, borcu birdəfəyə ödəmək imkanınm olmaması olmuşdur. Lakin, cavabdeh 2023-cü ilin yanvar ayında etmiş olduğu sonuncu ödənişdən sonra bir daha ödəniş etməyəcəyini və onu bir daha bu məsələdən dolayı rahatsız etməməsi barədə xəbərdar etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsi vəkili Vəkil1 vasitəsilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi vəkili Vəkil1 iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, tərəflər arasında 21 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi 3M-270 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 150000 manat borc pul vermiş, cavabdeh həmin borc məbləğini 21 oktyabr 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 2016-cı ilin oktyabr ayının 9-da 13600 manat, 2016-cı ilin dekabr ayının 12-də 2500 manat, 2017-cı ilin yanvar ayının 14-də 2500 manat, 2017-ci ilin may ayının 15-də 1500 manat, 2017-cı ilin oktyabr ayının 8-də 3000 manat, 2018-ci ilin yanvar ayının 13-də 6000 manat, 2018-ci ilin fevral ayının 24-də 3000 manat, 2018-ci ilin aprel ayının 10-da 2200 manat, 2018-ci ilin aprel ayının 25-də 1200 manat, 2018-ci ilin may ayının 03-də 600 manat, 2018-ci ilin iyun ayının 8-də 400 manat, 2018-ci ilin oktyabr ayının 11-də 3000 manat, 2019-cu ilin yanvar ayının 4-də 1000 manat, 2019-cı ilin fevral ayının 17-də 1000 manat, 2022-cı ilin aprel ayının 6-da 3000 manat, 2022-cı ilin may ayının 19-da 1000 manat, 2022-ci ilin iyun ayının 15-də 2000 manat, 2022-ci ilin oktyabr ayının 8-də 2000 manat, 2023-cü ilin yanvar ayının 18-də 2000 manat, ümumilikdə 51500 manat pul vəsaiti iddiaçıya qaytarılmış, cavabdeh 98500 manat məbləğində pulun qaytarılmasından imtina edir. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 ifadəsində onu da bildirmişdir ki, iddia ərizəsində cavabdeh tərəfindən 15 iyun 2022-ci il tarixdə 1000 manat ödəniş edildiyi qeyd edilmişdir. Cavabdeh həmin tarixdə 1000 manat deyil, 1000 ABŞ dolları ödəniş etmişdir. Məhkəmədən qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Həmin məbləği cavabdehin oğlu Ziyadxan Hacıyev iddiaçının oğlu ilə birlikdə bank vasitəsilə İddiaçı göndərmişdir. Ziyadxan Hacıyev və iddiaçı arasında hər hansı öhdəlik münasibətləri olmamışdır. 1000 ABŞ dollarının göndərilməsi barədə bank tərəfindən təqdim edilmiş sənəddə müqavilənin nömrəsi olaraq kredit müqaviləsinin reyestr nömrəsi-270 qeyd edilmişdir. Sonuncu dəfə 2000 manat məbləğində pul 18 yanvar 2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının oğlu Şahid1 verilmiş, cavabdeh bir daha ödəniş etməyəcəyini və onu bir daha bu məsələdən dolayı rahatsız etməmələrini bildirmiş, bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək barədə qərara gəlmişdir. Belə olan halda hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi qanunvericiliyin tələbinə uyğun ola bilməz. Həmçinin Cavabdeh iddiaçının borc olaraq verdiyi pul məbləğinin qaytarılmayan 97800 manat hissəsini özündə qanunsuz olaraq saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla faydalanmışdır. Ona görə də hesab edir ki, borc məhkəmə qaydasında tutulduğundan bank uçot dərəcəsi əsas götürülməklə qərarın çıxarıldığı gün üçün cavabdehdən 97800 manat borc məbləğinin müvafiq hissəsi olaraq cərimə tutulmalıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsi vəkili Vəkil2 vasitəsilə təmsil olunmuşdur. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı ona qarşı “borc tələbinə dair" iddiası əsassızdır, təmin edilməsi ədalətli ola bilməz. Aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliyini müqavilədə göstərilən müddətdə tam olaraq yerinə yetirmiş, borcu ödəmişdir. Müqavilə üzrə iddiaçıya borcu yoxdur. Bocru olsa idi aradan keçən bu səkkiz il ərzində, iddiaçı tərəfindən mübahisələndirilərdi. Həmçinin onun maddi vəziyyəti heç vaxt pis olmamışdır ki, qohumluğu, yaxın münasibəti olmayan İddiaçı ona güzəşt etsin. İddiaçı məhkəmə vasitəsi ilə başqasının hesabına varlanmaq istəyir. Bir daha bildirir ki, müqavilə üzrə iddiaçıya borcu yoxdur. Borc müqavilədə göstərilən müddət ərzində ödənilmişdir. Səkkiz ildən sonra iddia tələbi ilə məhkəməyə müraciət etməsi absurddur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi vəkili Vəkil2 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, tərəflər arasında 21 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 150000 manat məbləğində borc pul vermişdir. Kredit müqaviləsində borc məbləğinin 21 oktyabr 2016-cı il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Borc məbləği kredit müqaviləsində nəzərdə tutulan bir il müddətində iddiaçıya qaytarılmışdır. Kredit müqaviləsinin bağlanmasından səkkiz il sonra borc məbləğinin alınması tələbi ilə məhkəməyə müraciət edilməsi qəbul edilməzdir. Hesab edir ki, iddia müddəti tətbiq edilməli və iddia təmin edilməməlidir. Cavabdehin nümayəndəsi vəkili Vəkil2 izahatında onu da bildirmişdir ki, cavabdehin borc pul məbləğini iddiaçıya hansı qaydada qaytarmasını bilmir. Cavabdehin bildirdiyinə görə borc məbləğini bir il müddətində qaytarmışdır. Baxmayaraq ki, iddiaçı 150000 manat məbləğində pulu kredit müqaviləsi ilə vermiş, 97800 manat borc pulun qaytarılmasını təsdiq edən hər hansı bir sübut yoxdur. 21 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsivəkilinin təklifi ilə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı oğludur, Cavabdeh tanıyır, onlarla qohumluq münasibətləri, ədavəti yoxdur. Atası İddiaçı Ukrayna Respublikasında işləyir, özü Bakı şəhərində yaşayır. Atası İddiaçı və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Atası Ukrayna Respublikasında olduğundan, Cavabdeh borc pul məbləğindən 12 dəfə hərdən müxtəlif məbləğləri özü almış və atasına göndərmiş, bir dəfə 1000 ABŞ dolları bank vasitəsilə göndərilmiş, 6 dəfə isə cavabdeh başqa vasitələrlə müxtəlif məbləğlərdə pulu atasına göndərmişdir. Şahid1 ifadəsində onu da bildirmişdir ki, 15 iyun 2022-ci il tarixdə 1000 ABŞ dollarını atası İddiaçı cavabdehin oğlu Ziyadxan Hacıyev göndərmiş, həmin vaxt Z.Hacıyevlə birlikdə olmuşdur. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında Cavabdeh borc pul məbləğindən ona 2000 manat pul vermiş, sonra bir daha ödəniş etməyəcəyini və onu bir daha bu məsələdən dolayı rahatsız etməməyi bildirmişdir. 21 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsivəkilinin təklifi ilə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı əmisinin kürəkənidir, Cavabdeh tanımır. 2022-ci ilin yay ayında əmisinin nəvəsi, iddiaçının oğlu Şahid1lə bir yerdə olmuş, Şahid1 bir nəfərdən pul alacağını, onunla birlikdə həmin şəxslə görüşməyə getməsini bildirmiş, etiraz etməmiş, birlikdə Cavabdeh ofisinə getmişlər. Həmin vaxtadək Cavabdeh tanımamış, Cavabdeh İddiaçı pul borcunun olması barədə məlumatı olmamışdır. Pərviz Cavabdeh torpaq alqı-satqısı ilə məşğul olmasını bildirmişdir. Cavabdeh onları qarşılamış, ofisdə çay içmişlər. Pərviz Cavabdeh pul almaq üçün gəlməsini bildirmiş, Cavabdeh “məni qısnamayın, pulu aylara bölüb verəcəyəm” demişdir. Pərviz ona “sənin 100000 manatdan çox borcun var, gəlmişik, heç olmasa 10000 manat ver” demişdir. Cavabdeh “verəcəm, lakin 10000 manat çoxdur” demiş, sonda Cavabdeh hər ay 2000 manat çatdıracağını demişdir. Şahid1 “100000 manatdan çox pulu hərdən 2000 manat olmaqla neçə aya verəcəksən” demiş, Cavabdeh həmin vaxt Şahid1 pul verməmişdir. İş materiallarına əlavə eilmiş 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, İddiaçı 150000 manat məbləğində pulu Cavabdeh vermiş, Cavabdeh isə borc məbləğini İddiaçı 21 oktyabr 2016cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Azərbаycаn Rеspublikаsı Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin, cavabdehin nümayəndəsininvəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, cavabdehin etiraz ərizəsində qeyd edilənləri nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 97800 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 21 oktyabr 2015ci il tarixli kredit müqaviləsi imzalanmış, İddiaçı 150000 manat məbləğində pulu Cavabdeh vermiş, Cavabdeh isə borc məbləğini İddiaçı 21 oktyabr 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı, iddiaçının nümayəndəsi-vəkili borc məbləğindən 52200 manatın qaytarıldığını, 97800 manatın qaytarılmadığını bildirmiş, cavabdeh məhkəməyə göndərdiyi etiaz ərizəsində, cavabdehin nümayəndəsi-vəkili izahatına borc məbləğinin iddiaçıya tam olaraq qaytarıldığını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsinin 2-cı bəndində qeyd edilmişdir ki, borc alan krediti 21 oktyabr 2016-cı il tarixədək borc verənə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki işin araşdırılan hallarından müəyyən edilmişdir ki, həqiqətən də İddiaçı kredit müqaviləsi əsasında Cavabdeh 150000 manat məbləğində borc pul vermişdir. İddiaçı həmin məbləğdən 97800 manatın Cavabdeh tərəfindən ona qaytarılmadığını, Cavabdeh isə 150000 manatın İddiaçı qaytardığını bildirir. Məhkəmə hesab edir ki, necə ki, borc məbləği olan 150000 manat cavabdehə kredit müqaviləsi üzrə verilmiş, borc məbləğini tərəflər mübahisələndirmir, borc məbləğinin qaytarılmasını sübut etmək vəzifəsi iddiaçının deyil, Cavabdeh üzərinə düşür. Məhkəmə araşdırması zamanı Cavabdeh 150000 manat borc məbləğinin 52200 manat hissəsinin iddiaçıya qaytarılması cavabdeh tərəfindən sübut təqdim edilməsə də, iddiaçının etirafı ilə sübut olunur, 97800 manat borc məbləğinin İddiaçı qaytarması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi vəkili 97800 manatın iddiaçıya qaytarılması barədə təqdim ediləsi sübutun olmadığını bildirmişdir. Həmçinin Cavabdeh məhkəməyə gəlməməsini, cavabdehin nümayəndəsinin izahatında sadəcə cavabdehin ona borc məbləğini qaytarmasını deməsi, bunula bağlı məhkəməyə təqdim ediləsi hər hansı bir sübutun olmamasını bildirməsi tələb edilən borc məbləğinin Cavabdeh tərəfindən İddiaçı qaytarılmaması barədə nəticəsinə gəlməyə əsas verir. Məhkəmə həmçinin cavabdehin, cavabdehin nümayəndəsinin borc qaytarılmamışdırsa iddiaçının səkkiz il ərzində məhkəməyə müraciət etməməsi barədə bildirdikləri ilə bağlı belə nəticəyə gələrkən, buna səbəb cavabdehin borc məbləğindən 19 dəfə müxtəlif vaxtalarda, müxtəlif məbləğlərdə, cəmi 52200 manatın iddiaçıya qaytarması olmuşdur ki, borc məbləğindən 52200 manatın qaytarılmasını sadəcə iddiaçı etiraf etmişdir. Məhkəmə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də sübut növü kimi qəbul edir. Belə ki, Şahid1 ifadəsində atasının Ukrayna Respublikasında olduğunu, iddia ərizəsində qeyd edilən vaxtlarda pul məbləğlərini cavabdehdən götürdüyünü, 19 may 2022-ci il tarixdə cavabdehin oğlu Ziyadxan Hacıyevin cavabdehin borc məbləğindən 1000 ABŞ dollarının iddiaçıya göndərdiyini, həmin vaxt cavabdehin oğlu ilə bir yerdə olduğunu bildirmiş, şahidin ifadəsini təkzib edən hər hansı bir sübut və ya Ziyadxan Hacıyev və İddiaçı arasında öhdəlik münasibətlərinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin Şahid2 ifadəsində 2012-ci ilin yay ayında iddiaçının oğlunun cavabdehlə bir dəfə görüşməsinin, iddiaçının oğlunun cavabdehdən pul istəməsinin, cavabdehə 100000 manatdan çox borcunun olması, onu hansı vaxta qədər qaytara biləcəyini deməsinin, cavabdehin qalan borc məbləğini hər dəfə 2000 manat olmaqla qaytara biləcəyini dediyini təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə də bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə də məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddiaçının cavabdehdən Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin çıxarıldığı günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən cərimə tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh iddiaçının borc olaraq verdiyi pul məbləğinin qaytarılmayan 97800 manat hissəsini özündə qanunsuz olaraq saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası ММ-ин 449.1-ci маддясиnə görə юзэясинин пул вясаитини ганунсуз сахламагла, ону гайтармагдан бойун гачырмагла, онун юдянилмясини диэяр шякилдя эеcикдирмякля вя йа башга шяхсин щесабына пул вясаитини ясассыз ялдя етмякля вя йа топламагла ондан файдаланмаьа эюря щямин вясаитин мябляьиндян фаизляр юдянилмялидир. Фаизлярин мигдары пул ющдялийинин вя йа онун мцвафиг щиссясинин иcра едилдийи эцн цчцн банк дяряcяси иля мцяййянляшдирилир. Борc мящкямя гайдасында тутулдугда мящкямя кредиторун тялябини гярарын чыхарылдыьы эцн цчцн банк uчот дяряcясини ясас эютцрмякля юдяйя биляр. Азярбайcан Республикасы Конститусийа Мящкямяси Пленумунун Азярбайcан Республикасы Мцлки Мяcяллясинин 449-cу маддясинин бязи мцддяаларынын шярщ олунмасына даир 09 ийул 2009-cу ил tarixli qərarında qeyd edilmişdir ki, Азярбайcан Республикасы Мцлки Мяcяллясинин 449.1-cи маддясинин «ондан файдаланмаьа эюря» мцддяасы юзэясинин вясаитинин ганунсуз сахланылмасы, онун гайтарылмасындан бойун гачырылмасы, онун юдянилмясинин диэяр шякилдя эеcикдирилмяси вя йа башга шяхсин щесабына пул вясаитинин ясассыз ялдя едилмяси вя йа топланылмасы нятиcясиндя Азярбайcан Республикасы Мцлки Мяcяллясинин 152.3-cц маддясиндя эюстярилмиш эялирин, артымын, бящярин вя йа саир мадди хейирин ямяля эялмясини нязярдя тутур. ММ-ин 152.3-cц маддясиndə qeyd edilmişdir ki, истифадя щцгугу-ямлакдан (яшйадан) онун файдалы тябии хассялярини щасил етмяйин, щабеля ондан файда эютцрмяйин щцгуги cящятдян тямин едилмиш имканыдыр. Истифадядян файда эялир, артым, бящяр, тюрямя вя башга формаларда ола биляр. O ki, qaldı iddia müddətinin tətbiq edilməsi, iddianın rədd edilməsi barədə cavabdehin xahişinə, məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir”. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır”. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Göstərilən müddət müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, müqavilənin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 368 və 377.2-ci maddələrinə əsasən müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Yuxarıda qeyd edilmiş maddi hüquq normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun və faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. İddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə tələb etmə müddəti 21 oktyabr 2016-cı il tarixdə başanmış, 21 oktyabr 2019-cu il tarixdə bitmişdir. Lakin nəzər almaq lazımdır ki, iddiaçının 24 may 2023-cü il tarixədək məhkəməyə müraciət etməməsinin səbəbi cavabdehin 09 oktyabr 2016-cı il tarixdən 18 yanvar 2023-cü il tarixədək 19 dəfə müxtəlif məbləğlərdə iddiaçıya borc məbləğindən qaytarması, sonuncu dəfə artıq onu pul tələbi ilə bağlı narahat etməmələrini bildirməsi olmuşdur. 19 may 2022ci il tarixdə isə cavabdehin oğlu iddiaçıya 270 nömrəli kredit müqaviləsi üzrə 1000 ABŞ dolları məbləğində pul göndərmişdir ki, 270 nömrəsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin reyestr nömrəsidir. Həmçinin Z.Hacıyev və İddiaçı arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə ilə bağlı iddia müddəti tətbiq edilə və iddia rədd edilə bilməz. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 386 manat məbləğində dövlət rüsümunun 383.26 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilməli, ödənilmiş dovlət rüsumunun qalan 2.74 manat hissəsi İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 97800 (doxsan yeddi min səkkiz yüz) manat borc pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 386 manat dövlət rüsumunun 383.26 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin, 2.74 manat hissəsi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-185/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-185/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver