Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-206/2023 25.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh2 və Cavabdeh1 02 iyun 2021-ci il tarixli, İK1004491 saylı kredit müqaviləsi üzrə 7438.71 manat əsas borcu, 232.37 manat faiz borcu olmaqla, ümumilikdə 7671.08 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 96.71 manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi P.Hüseynov 07 iyul 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar, məhkəmə iclasına gəlməmiş, işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddiaçının numayəndəsı iddia ərizəsinin və sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlirəm ki, 08 iyun 2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 96.71 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə "xxxx" ASC-yə qaytarılsın. 08 iyun 2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 96.71 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-yə qaytarılsın Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-206/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-206/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver